Sosial / Slayd (6-02-2024, 19:19)
Səhiyyə Nazirliyinin tenderində “sirli ünvan”
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Fıdah 2023 Qrup” MMC (VÖEN – 2007852961) olub.
“Fıdah 2023 Qrup” MMC Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə ümumi dəyəri 29 min 595 manat olan yumuşaq inventer (başmaq, əl-üz dəsmalı, hamam dəsmalı, xalat və s.) satacaq.
Məlumat üçün bildirək ki, “Fıdah 2023 Qrup” MMC 13 fevral 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 1 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Qılman Hafiz oğludur.
Qeyd edək ki, şirkət 1 il əvvəl yaranmasına baxmayaraq son 4 ayda 6 tender müsabiqəsində qalib olub. Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Fıdah 2023 Qrup” MMC ötən ilin oktyabr ayında Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasına dərman ləvazimatları, Mərkəzi Seçki Komissiyasına isə avtomobil ehtiyat hissələri satıb.
Şirkətlə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, “Fıdah 2023 Qrup” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda - Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-də başqa şirkətlər də qeydiyyatdan keçib və bu şirkətlərin də adına ancaq tender müsabiqələrində rast gəlmək olur.
Məsələn, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14 ünvanında qeydiyyatda olan “Ersen NN” MMC (VÖEN- 2007787551) də çoxsaylı tenderlərdə qalib olub. “Ersen NN” MMC 5 yanvar 2023-cü il tarixində, dövlət qeydiyyatına alındıqdan cəmi 20 gün sonra Dövlət Sərhəd Xidmətinin (DSX) elan etdiyi tender müsabiqəsində qalib olub. 20 gün əvvəl yaranan “Ersen NN” MMC DSX-ya 16 500 kub metr taxta kəpəyi satıb və qarşılığında 46 min 860 manat alıb. Bu şirkət daha sonra da bir neçə tender müsabiqəsinin qalibi olub.
Bundan başqa Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-də qeydiyyatda olan başqa bir şirkət – “Sapfiron Trade” MMC də (VÖEN – 2007787421) təsis olunduqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrində qalib olub.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23.4-cü maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddədə açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, həmçinin texniki imkanlarının və maddi-texniki bazasının olması lazımdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024