Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-01-2024, 18:56)
Mədəniyyət və İncəsənət Universiteti məhkəməyə verildi - SƏBƏB

Mədəniyyət və İncəsənət Universiteti məhkəməyə verildi
Mədəniyyət və İncəsənət Universiteti barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, bu maddə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi ilə bağlıdır.

Bu inzibati xətaya əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimələnir. Vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır. Məhkəmənin vaxtı hələ ki, müəyyənləşməyib.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovadır. O, bu vəzifəyə 2018-ci ildə təyin edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024