Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-12-2023, 08:54)
Binəqədi belə getsə, səhraya çevriləcək... - FOTOFAKT

 



Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində uzun müddətdir hasara alınmış böyük yaşıllıq ərazidə qanunsuz tikinti işlərinə artıq başlanılıb. Ərazinin yeganə yaşıllığı olan meşəlik məhv olmaq üzrədir. Sakinlərin israrlı müraciətlərinə baxmayaraq sözügedən yerdə açıq-aşkar ağaclar məhv edilir, tikinti işləri aparılır.

Tribunainfo.az xəbər verir ki, sakinlərin narazılığına və etirazına baxmayaraq aidiyyəti qurumlar heç bir tədbir görmür. Əvvəl ərazi dəmir hasara aınmış və ağaclar gizli formada məhv edilərək kəsilirdi. İndi isə daş hasar hörülür, əraziyə texnika cəlb edilib və tikinti işləri aparılır. Sakinlər bildirir ki, tikintini kimin apardığı, ərazidə hansı işlərin görüldüyü ilə bağlı heç bir məlumat yoxdur, bununla bağlı lövhə də yerləşdirilməyib. Sözügedən yerdə tikintiyə icazə verilib verilməməsi ilə bağlı rəsmi açıqlama da yoxdur.
“Bu yaşıllıq sahəsi tikinti obyektləri olmayan son ərazi idi. Uzun müddət metal torla hasara alınan həmin ağaclıq yer baxımsız qalmışdı. İndi isə kəsilən ağacların yerində texnikalar işləyir” deyə, sakinlər bildirib.

Binəqədi belə getsə, səhraya çevriləcək...
Binəqədi belə getsə, səhraya çevriləcək...
Binəqədi belə getsə, səhraya çevriləcək...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024