Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (25-12-2023, 19:57)
7 ay əvvəl işdən çıxarılan rəis müavini yenidən eyni vəzifəyə təyin edildi

7 ay əvvəl işdən çıxarılan rəis müavini yenidən eyni vəzifəyə təyin edildi
Fövqəladə Hallar Nazirliyində 7 ay əvvəl işdən çıxarılan rəis müavini eyni vəzifəyə bərpa edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Qabulov Teymur Lütfəli oğlu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini təyin olunub.

Qeyd edək ki, Teymur Qabulov ötən ilin sentyabr ayında FHN-nin "N" saylı hərbi hissəsinin komandiri vəzifəsindən azad edilərək, sözügedən vəzifəyə təyin edilsə də, bu ilin may ayında nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə işdən çıxarılmışdı.

Nazirlikdə daha bir mümmalı işdən çıxarılma Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovla bağlıdır. Elxan Əsədovun bir neçə gün bundan əvvəl işdən azad olunması ilə bağlı məlumat dərc edilmişdi. Onun yenidən həmin qurumda rəis müavini kimi işə başladığı deyilir.

Xatırladaq ki, eyni müamma FHN-nin Mülki Müdafiə Qoşunlarının komandanı general-leytenant İlham Əyyub oğlu Abdullayevlə bağlı da yaşanır. Onun işdən azad olunması ilə bağlı məlumat dərc edildikdən bir neçə gün sonra xəbər təkzib olundu.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024