Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-04-2015, 22:39)
Salyan tərəqqi yolu ilə inamla irəliləyir

 

 

 

 

 

 

 

 

Bildiyimiz kimi, ötən 2014-cü il cənab prezident tərəfindən ölkədə “Sənaye ili” elan olunmuşdu. İl ərzində iqtisadiyyatın sənaye sektoru hökumət tərəfindən ciddi dəstəklənmiş, bu müstəvidə fəaliyyət göstərən sahibkarlara lazımınca şərait yaradılmış, yeni-yeni sənaye müəssisələri istifadəyə verilmiş, mövcud olanların da fəaliyyəti stimullaşdırılmışdır.

Salyan rayonunda sosial-iqtisadi inkişafı təmin edən mühüm obyektiv amillərdən danışanda regionun inkişafına dövlət dəstəyi, təbii ehtiyatlarını sadalaya biliriksə, başqa mühüm faktor isə tərəqqipərvər Salyan vətəndaşlarını zəhmət cəbhəsində səfərbər edən rayon İcra Hakimiyyəti başçısı cənab Tahir Kərimovun səmərəli idarəetmə səriştəsi, rəhbərlik keyfiyyətləridir.

 

Başda Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Kərimov olmaqla rayonun bütün tərəqqipərvər vətəndaşları Heydər Əliyev siyasi kursuna sadiqliklərini təkrar-təkrar hər fürsətdə sübuta yetirirlər. Çünki bu kurs bütün respublikaya olduğu kimi, Salyana da tərəqqi gətirmiş, bütün xalqımıza, eləcə də salyanlılara firavanlıq bəxş etmişdir. Bu tərəqqini əks etdirən göstəricilərə nəzər yetirə bilərik.

Rayonda məhsul buraxılışının həcmi xidmətlərin, pərakəndə ticarət dövriyyəsi, əsas kapitala yönəldilən investisiya, bir nəfərə düşən orta aylıq əmək haqqı, bir nəfərə düşən gəlir və başqa makroiqtisadi göstəricilər keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində xeyli iş yeri yaradılıb ki, bunların da çoxu daimidir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində iş aparılıb. Şəhər ərazisində abadlıq və quruxuluq işlərinə diqqət daha da arrırılıb. Küçələr təmir olunaraq üzlük daşları döşənib, səki kənarına bardürlər düzülüb, istinad divarları çəkilib, mişar daşı ilə hörgü işləri aparılıb, kommunal evlərin fasadları və çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü əsaslı təmir olunub.

: Rabitə xidmətinin keyfiyyəti davamlı yaxşılaşır

Ötən 2014-cü il bütün sahələrdə olduğu kimi, Azərbaycan rabitəçiləri üçün də uğurlu il kimi yaddaqalan olmuşdur. Salyan rabitəçiləri də keçən il bir sıra müvəffəqiyyətlərə imza atmışlar. Rayonda abunəçilərlə aparılan sorğular zamanı da vətəndaşlar rabitə sahəsində aparılan ümumi inkişafdan bir daha azılıqlarını bildirirlər.

 Salyan rayonunda telefon rabitəsi ötən əsrin 40-ci illərindən təşəkkül tapmışdır. Ilk illərdə 120 N SB tipli yarım avtomat stansiya və eyni zamanda rayonlararası əlaqənin yaradılması üçün 40 N-lik MB tipli kommutator fəaliyyət göstərmişdir.

                1960-ci ildə ATS-49 tipli 500 N-lik dekad addım tipli avtomat stansiya istismara buraxılmışdır. Rayonda rabitənin inkişafı əsasən 1969-1985-ci illəri əhatə etmişdir. Bu illərdə rayonun kəndlərində yeni avtomat stansiyalar quraşdırılaraq rayon mərkəzi ilə biləşdirilərək ümumi şəbəkəyə qoşulmuşdur. Həmin işlərin davamı olaraq 1985-ci ildə rayon mərkəzində yeni binada o dövr üçün ən müasir olan 500 N-lik ATSK-U koordinat tipli avtomat stansiya istismara buraxılmışdır.

                1997-ci ildə rabitə sahəsində struktur dəyişiklikləri ilə əlaqədar Salyan Telekommunikasiya Qovşağı yaradılmışdır. Bundan sonra telefon rabitəsinin dünya standartları səviyyəsinə çatdırılmasında yeni mərhələ başlanmışdır. Bu dövrdə respublikamız Beynəlxalq əhəmiyyətli Avropa-Asiya Fibro optik magistral kabelinə birləşdirilmiş, o cümlədən, Salyan rayonu da həmin magistrala qoşulmaqla abunəçilərin keyfiyyətli Beynəlxalq telefon danışıqları aparmasına imkan yaranmışdır.

                2003-cü ildə rayon mərkəzində Beynəlxalq standartlara cavab verən 512 N-lik "KAREL DS-200" tipli elektron ATS quraşdırılmışdır. Bu da abunəçilərin yüksək keyfiyyətli yerli və şəhərlərarası Beynəlxalq telefon danışıqları aparmasına və yüksək sürətli internet əlaqələrinin qurulmasına zəmin yaratmışdır.

                2003-cü ildə Respublikamızda ilkin olaraq məhz Salyan rayonunda müasir tələblərə cavab verən Internet klub istifadəyə verilmlşdır.

                2005-ci ildə Şorsulu kəndində 200 N-lik köhnə ATSK tipli stansiya yeni 256N-lik "KAREL DS-200" tipli EATS ilə əvəz edilərək Fibro optik magistral kabelə qoşulmuş və abunəçilər üçün dünya standartlarına cavab verən rabitə xidməti təmin edilmişdir.

                Hal-hazırda qovşaq rayon ərazində 8018 montaj tutumuna malik olmagla 7440 telefon abunəçisinə xidmət edir. Bu işlərin davamı olraq cari ildə rayonun bir sıra kəndlərində yeni müasir tipli EAST-lərin quraşdırılması nəzərdə tutulmuşdur.

                Salyan Telekommunikasiya qovşağı həmişə olduğu kimi keçən 2014-cü ili də yüksək iqtisadi göstəricilərlə başa vurmuşdur. Belə ki, tarif gəliri proqnozuna artıqlamasilə əməl edilmişdir.

 

                Qovşaq həmişə Dövlət büdcəsi və büdcədən kənar fondlara avansla hesablanmış, qarşıda qoyulmuş tapşırıqlara vaxtında əməl etmişdir.Hazırda salyanlılar informasiya və kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə edir. Bununla belə, vətəndaşların İKT-nin imkanlarından tam istifadə etməsi üçün yeni işlərin də icrasına başlanıb.  “Aztelekom”İB-nin dəstəyi ilə paytaxtla yanaşı, regionlarda çeşidli İKT xidmətləri göstərilir. Vətəndaşların telefon çəkilişi ilə bağlı müraciətləri dərhal icra olunaraq onların mənzillərinin telefonlaşdırılması təmin edilir.

 

 Salyanın yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Mahir Kərimov nikbinliklə proqnoz edir ki, yaxın illərdə Salyan rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Vahid Vahidovun rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Salyan rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Salyan rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Ramil Salmanovun rəhbərlik etdiyi Salyan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Salyan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 

 

Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir

 

Kür çayının Salyan rayonundan keçməsinə baxmayaraq, əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Salyan rayon rəhbərliyini qayğılandırmışdır. Yeni suvarma kanalı tikilib. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Tahir Yusifovun rəhbərlik  etdiyi Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda təxminən 45 min hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

 

 

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti davamlı yaxşılaşdırılır

 

Hüseynağa Həsənovun rəhbərlik etdiyi Salyan rayon Mərkəzi Xəstəxanasi işini günün tələbləri səviyyəsində qurub. Beləki Salyan rayonunda əhalinin sağlamlığının təzminatına, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına ciddi fikir verilir.

2014-cü ildə rayonda 7 xəstəxana, 24 həkim, 21 tibb məntəqəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi əhaliyə səhiyyə xidməti göstərmişdir. . Uşaq ölümü üzrə göstərici respublika üzrə göstəricidən aşağıdır.

Keçən il rayonlararası Şorsulu Psixiatriya Xəstəxanası üçün 100 çarpayılıq korpus tikilib istifadəyə verilmiş, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Mərkəzi Xəstəxanaya 10 ədəd dializ aparatı verilmiş və dializ şöbəsi açılmış, yeni flüoqrafik rentgen apparatı, lazımınca yumşaq,  bərk inventar,  tibbi avadanlıq alınmış,  əsaslı,  cari təmir işləri aparılmışdır.

 

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 380000 kv.m sahədə dezinfeksiya, 260000 kv.m sahədə dezinfeksiya və 1200 kv.m sahədə delarivasiya işləri aparılıb. Qida sənayesi və ərzaq ticarəti obyektlərin də sanitar-gigiyenik müayinələr aparılmış, qaydaları pozduğu aşkarlanmış sənaye və ticarət obyektləri sahibləri inzibati qaydada cərimə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ilin fevral ayının 17-sindən Salyan rayonunda başlanılan əhalinin tibbi müayinəsi az öncə uğurla başa çatdırılmışdır. Tibbi müayinənin aparılması üçün mərkəzi xəstəxanada 4 həkim komissiyası fəaliyyət göstərmişdir. Tibbi müayinədən keçənlərin bir qismi ambulator və stasionar müalicəyə cəlb edilmiş, bir qismi də Bakı şəhərinə göndərilmişdir.

 Təhsilin inkişafı yönündə nəzərəçarpan işlər görülmişdir

 

Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Salyanda təhsil həmişə xüsusi diqqət verilən sahələrdən olub. İqtisadi baxımdan daim inkişaf etdiyi üçün Salyan hələ də uzun müddət Muğan

bölgəsinin maarif-mədəniyyət mərkəzi olub. 1860-cı illərə aid mənbələrə əsasən, Salyanda 4 ibtidai məktəb, 19 mədrəsənin (15 kişi, 4 qadın) olması məlumdur.

1880-ci ilin 22 sentyabr tarixində isə indiki Salyan ərazisində ilk Avropa təmayüllü orta təhsil məktəbinin açılması dəqiq tarixi faktlarla təsbit edilib. Bu məktəbin ilk 49 şagirdindən 47 nəfəri milliyyətcə azərbaycanlı, 2 nəfəri isə rus olub. Məktəbin ilk müəllimi Koloşov idi. Tədris müəssisəsinin direktorunun adıyla məktəbə el arasında «abramın məktəbi» kimi tanınırdı. Məktəbin ilk məzunlarından bir neçə nəfəri Bakı Realnı Məktəbinə, 2 nəfəri isə Qori Müəllimlər Seminariyasına müəllim təyin olunub. Hazırda bu məktəbin bazasında Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü məktəb-lisey fəaliyyət göstərir.

Hazırda Salyan rayonu ərazisində 54 ümumtəhsil məktəbi, 16 məktəbəqədər, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bundan əlavə, ümumtəhsil məktəblərinin 37-si tam orta, 15-i ümumi orta, 2-si isə ibtidai təhsil verir. 54 ümumtəhsil məktəbində 18000-dən artıq şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 2300-dən çox müəllim məşğul olur. Rayonda 16 məktəbəqədər, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

 

Hər tədris ilinin sonunda respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu barədə TQDK-nın yekun statistikasında Salyan rayonu həm ümumi nəticələr üzrə, həm də ayrı-ayrı fənlər üzrə nəticələrə görə respublikada öncül yerlərdə olur. Bütün bunlar və sadalamadığımız digər göstəricilər belə deməyə əsas verir ki, təcrübəli pedaqoq Əbülfət Bədəlovun rəhbərlik etdiyi Salyan Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri ümumən vəzifələrinin öhdəsindən layiqincə gəlir. 

 

Qədim mədəniyyət məskəni, perspektivli turizm məkanı

 

Toğrul Cavadovun rəhbərlik etdiyi Salyan rayon mədəniyyət və turizm şöbəsində  mədəniyyət sahəsinin inkişaf etməsi və mədəniyyət obyektlərinin fəaliyyətinin günü tələbləri səviyyəsində təşkili üçün bir çox işlər görülüb. Belə ki, Qarabağlı kənd mədəniyyət evi yenidən tikilib. Rəsm qalereyası və 4 kənddə yeni kitabxana binası inşa edilib. 1 tarixi abidə və 12 mədəniyyət müəssisəsi əsaslı təmir edilib. Ümummilli lider Heydər Əliyev adına muzey tikilib. Uzun illər bərbad vəziyyətdə olan XIX əsrin yadigarı «Cümə» Məscidi də yenidən bərpa edilib. Tarix-diyarşünaslıq muzeyində Heydər Əliyev guşəsi yaradılıb. Bunlardan əlavə, mədəniyyət müəssisələri yeni inventarlarla da təchiz olunub. Əhalinin mədəni istirahətinin səmərəli təşkili üçün rayonda yeni park və istirahət guşələri salınıb. Heydər Əliyev parkında, akademik Zərifə Əliyevanın adını daşıyan parkda, o cümlədən «Gənclər» parkında sakinlər üçün əlverişli şərait yaradılıb. Şəhərin girəcəyində «Heydər Əliyev bulağı» kompleksi və daha 4 abidə kompleksi inşa olunub.

Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun əlverişli coğrafi mövqeyi, əsrarəngiz, zəngin təbiəti və zəngin tarixi mədəniyyət abidələri burada turizmin inkişafı üçün potensial imkanlar yaradır. Təkcə Şirvan Milli Parkı və onun ərazisindəki gəzməli-görməli yerlər, eləcə də rayon ərazisindəki müalicəvi suların tanıdılması üçün səmərəli işlər görülsə, mövcud turizm marşrutları bir qədər də zənginləşdirilsə, turizm üçün münbit imkanlar yaraar. Bəndovan qədim yaşayış məskəni, palçıq vulkanları, Kürsəngi və Kürovdağ dağlarındakı mağaralar, dadı damaqlardan getməyən ləziz təamlar, xüsusən balıqdan hazırlanan yeməklər buralara bir gələnin, yenidən gəlməsinə zəmin olur. Kür çayının sahilini bəzəyən Tuqay meşələri, bu yerlərdəki istirahət mərkəzləri, eləcə də Xəzərin Salyan ərazisindəki sahillərindəki ayaq dəyməmiş çimərliklər daxili və xarici turistlərin yolunu gözləyir. Səhərlər Bala Kür (Akuşa) çayının dumanlı sahili də bambaşqa, əsrarəngiz mənzərələr vəd edir. dünyanın ən şor bulağı, müalicəvi əhəmiyyətli Şır-şır da Salyandadır.

***

Beləliklə, Salyanlılarılar 2014-ci ili ürəkaçan nailiyyətlərlə başa vurmuşlar. Ümid etməyə dəyər ki, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan Salyan rayonu qarşıdakı dövrdə də əhəmiyyətli tədbirlərə meydan olacaqdır, zəhmətkeş Salyan vətəndaşları da  hörmətli cənab Tahir Kərimovunun başçılığı altında nailiyyətlərinin sırasını artıracaqlar.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024