Sosial / Slayd / Redaktor seçimi (15-10-2024, 22:16)
Vətən Müharibəsi iştirakçı Prezidentə MÜRACİƏT ETDİ
Bakı şəhər Suraxanı rayon Bül-bülə qəsəbəsi V.Bədəlov ev 24-də yaşayan Babayev Yalçın Yaşar oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına müraciət ünvanlanmışdır.Bir nüxsəsi də Mediatv.az xəbər portalının redaksiyasına daxil olan müraciətdə deyilir:
Möhtərəm Cənab Prezident!
44 günlük müharibə ərzində Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdi, Şuşaya bayrağımızı sancdı .Cəbhə uğurlarımızın ən başlıca səbəbi Sizin, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi.
Möhtərəm Cənab Prezident!
Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq sizin Sərəncamınızla onlara “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi verilməlidir. “Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilir.Mən də könüllü olaraq, öz ərizəmlə Təcili Tibbi Yardım avtomobilinin sürücüsi kimi 44 günlik Vətən müharibəsində iştirak etmişəm.Təcili Tibbi Yardım avtomobilinin sürücüsi kimi 2020-ci il sentyabrın 27-dən 15.11.2020-ci il tarixədək, ordumuz irəlilədikcə Cəbrayıl, Qubadlı, Füzuli rayonun bütün kəndlərinə, Xocavənd rayonunun Hadrud qəsəbəsinə yaralı döyüşçüləri, həlak olan hərbiçiləri döyüş bölgəsindən çıxarıb hospitala çatdırmaqda fəal iştirak etmişəm.Yaralı döyüşçüləri, həlak olan hərbiçiləri döyüş bölgəsindən çıxarıb hospitala çatdırmaqda fəal iştirakıma görə fəxri fərmanla da təltif olunmuşam. Bütün bunlar hərbi biletimdə də qeyd olunub. Vətən müharibəsində döyüşənlərin sağlamlığını qorumaq,yaralı əsgərləri təxriyyə etmək özü də bir döyüş idi. Müharibədə yaralı hərbçilərimizin harayına ilk olaraq həkimlərimizlə birgə biz özümüzü yetirirdik.Yaralı hərbçilərə ilkin tibbi yardımın göstərildikdən sonra, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında- vətən qarşısında olan borcumu şərəflə yerinə yetirmişəm.Yaralı döyüşçüləri, həlak olan hərbiçiləri döyüş bölgəsindən çıxaran zaman Təcili Tibbi Yardım avtomobilinin iki sürücüsi,Fəxrəddin Yaqubov və Fariz Səfərov şəhid olub.
Möhtərəm Cənab Prezident, Ali Baş Komandan
Sizin 29 dekabr 2021-ci il tarixdə № 3088-li Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında və 10 fevral 2022 tarixdə Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında “Müharibə veteranı” adının verilməsinin kimlərə şamil edilməsi tam aydın gösdərilib.İmzaladığınız sərəncamların müvafiq bəndlərinə əsasən mən də döyüş əməliyyatlarında iştirak etmiş şəxs hesab edilirəm və “Müharibə veteranı” adı mənə də verilməlidir. Yaxın günlərdə qələbəmizin 4 illyini, Zəfər Gününü qeyd edəcəyik.“Müharibə veteranı” adı və vəsiqəsi ilə bağlı aidiyyatı qurumlara,eləcə də MN-nə dəfələrlə müraciət etmişəm, amma müsbət bir cavab yoxdur.Xahiş edirəm ki,“Müharibə veteranı” adı və vəsiqəsinin mənə verilməsi üçün aidiyyatı qurumlara lazimi göstəriş verəsiniz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024