Sosial / Slayd (26-10-2023, 12:33)
Eldar Əzizov Əmircanda sakinlərlə görüş keçirdi - FOTO
DİA.AZ: - Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları
rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına
uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun
Suraxanı rayonu Əmircan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.
Bu barədə DİA.AZ-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan
qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Əmircan sakininin
iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhərinin və
Suraxanı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 3
saatdan çox, ayaq üstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov bildirib ki, bu gün biz böyük hadisələrin şahidi olaraq sevincli günlər
yaşayır. İki yüz ildən artıq davam edən Erməni-müsəlman qarşıdurmasına
nəhayət ki, son qoyulub, biz Şanlı Qələbə qazanaraq öz torpaqlarımızı
azad etmişik. Bir qədər əvvəl möcüzə hesab etdiyimiz hadisə reallaşıb,
Xankəndi şəhərində ölkəmizin dövlət bayrağı ucaldılıb. Bütün bunlar ölkə
başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir
ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni
dayanır.
Görüş zamanı Prezident İlham Əliyevin və Birinci Vitse-prezident
Mehriban xanım Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və
inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb.
Sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi
üzrə nümayəndəsi Əlixan Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat
verib.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin
böyük fəallığı ilə keçən görüşdə 30-dan çox qəsəbə sakininin çıxış və
müraciəti dinlənilib, onlar son vaxtlarda Bakı şəhərində və eyni zamanda,
Əmircan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya
görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi
kursa birmənalı dəstək ifadə ediblər.
Qarabağ müharibəsi qazisi İsrafil Hüseynov öz çıxışında Vətən
müharibəsində qazanılan qələbənin memarı, Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini
təklif edib. Təklif görüş iştirakçılarınını sürəkli alqışları ilə qarşılanıb.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, Murtuza
Muxtarov məscidinin əsaslı təmir edilməsi, qəsəbədə su və kanalizasiya
xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması,
məşğulluq, yeni avtobus xəttinin açılması, qəzalı binaların və dam
örtüyünün təmiri və s. olub.
Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər
müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və
təkliflər nəzarətə götürülüb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024