Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-09-2023, 17:54)
“50 ildir ki, müəlliməm, belə görməmişliklə rastlaşmamışdım” - BDU-nun professoru/Foto

“50 ildir ki, müəlliməm, belə görməmişliklə rastlaşmamışdım”
Yeni tədris ilinin ilk günündə valideynlərdən birinin ali məktəbə daxil olan qızına hədiyyə etdiyi avtomobili universitetin qarşısında nümayiş etdirməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, qızına aldığı avtomobilin dövlət nömrə nişanının yerinə “TƏLƏBƏ QIZIM” sözünü yazdıran valideyn üzü şarlarla bəzədilən avtomaşını düz Bakı Dövlət Universitetinin qapısında saxlayıb.

Mediatv.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, olay haqqında fikirlərini açıqlayan BDU professoru Elmira Muradəliyevə bunu “görməmişlik” kimi qiymətləndirib.

“Bu gün həm də Bilik Günüdür…
Bu fotoya fikir verin- atanın tələbə adını qazanmış qızına məhz universitet qarşısında hədiyyəsi.

50 ildir ki, BDU-da müəllim kimi çalışıram, ancaq bu dərəcədə görməmişliklə rastlaşmamışam!

Bəlkə də ali təhsil görməmiş ailədə bu qız ilkdir ki, ali təhsil ocagına təmtərahla ayaq basır.

Çox acıdır. Günümüzdə nə qədər ehtiyacı olanlar var, elə bütün xalqa qələbə sevinci yaşatmış şəhid, qazi ailələri. Yardım əllər məhz bu insanlara uzanmalıdır”.

“50 ildir ki, müəlliməm, belə görməmişliklə rastlaşmamışdım”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025