Sosial (30-04-2023, 17:06)
"Dəmir Yolların"a işə qəbulda imtahan müəmması
"Azərbaycan Dəmir Yolları” QSC-də yaranan vakansiyalar üzrə keçirilən test imtahanlarında müəmmalı hallar yaşanır.Mediatv.az bildirir ki, qaynarinfo-ya daxil olan məlumata görə, QSC-nin keçirdiyi vakansiya üzrə test imtahanlarını uğurla başa vuran şəxslərə işləyib-işləməmələri ilə bağlı heç bir cavab verilmir.
Bu barədə QSC-nin ünvanına da çoxlu müraciətlər daxil olur.
Muxtar ismayılov adlı şəxs "Azərbaycan Dəmir Yolları” QSC-də 3 ay öncə mühəndislik vakansiyası üzrə keçirilən test imtahanına çağırılıb. İmtahanı ugurla başa vursa da, ona bu aylar ərzində hər hansı bir xəbərdaredici məlumat gəlməyib.
Muxtar İsmayılov qurumun "Facebook" səhifəsinə yazaraq, bu barədə öz narazılığını belə ifadə edib: "Belə çıxır ki, formal imtahan vermişəm. Xahiş edirəm bu məsələ aydınlaşdırılsın".
Xəbəri dəqiqləşdirmək üçün "Azərbaycan Dövlət Dəmir Yolları"nın mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab vermədi.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. Onun qardaşı Heydər Mürvət oğlu Rüstəmov isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədrinin müavinidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























