Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-04-2023, 17:24)
Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?

fitre-zekatinin-miqdari-ne-qederdir-ve-nece-cixarilir


Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Bəs fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir?

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz: “Fitr bayramına sayılı günlər qalıb. Bu günlərdə hər bir müsəlmanın boynuna düşən vacibatlardan biri də fitrə zəkatıdır. Hər bir şeyin zəkatı olduğu kimi insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir. Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur”. 

 



S. Məmmədli həmçinin fitrə zəkatı verməyin qaydasını açıqlayıb: “Bayram gecəsi təzə ayın əvvəli olması subuta yetdikdən sonra, adam başına 3 kq buğda, arpa, un, xurma və.s ərzaqların qiyməti hesablanaraq çıxarılır. Minimum 5-10 manat civarında müəyyən edilir. İnsan bunu bazardaki qiymətlə də tənzimləyə bilər. Bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq verə bilər. Sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram bayram olur. Ömrü Ramazan olanın axirəti bayram olar”.

Qeyd edək ki, Ramazan bayramı 21-22 aprel tarixlərinə təsadüf edir.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024