Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-02-2023, 08:47)
Başlı-başına qalan Bakı səhiyyəsi... - İTTİHAM VAR!

 




Bakı Baş Səhiyyə Mərkəzinin FB səhifəsində qeyd edilib ki, mərkəzin tabeçiliyinə Bakı şəhərində yerləşən 105 tibb müəssisəsi daxildir.
Məlumat üçün qeyd edək ki, əvvəllər Bakı Səhiyyə İdarəsinin ( Bakzdrav ) 31 ştat vahidi olub, indi isə işçilərin sayı 165-ə çatdırılıb. Bir soruşan yoxdur ki, dövlət vəsaiti hesabına ştat vahidini 5 dəfədən çox artırmaq kimə və nə üçün lazımdır..? Əlbəttə, bu ştatların çoxu rüşvətlə satılır. Ümumiyyətlə, son illər səhiyyə sahəsində baş verənlər əsl kadr genosididir.
Bəli, bir tərəfdə Səhiyyə Nazirliyi, o biri yanda İcbari Tibb Sığorta Dövlət Agentliyi, sonra Allah qoymasa TƏBİB, bu yanda Bakı Baş Səhiyyə Mərkəzi, o biri yanda hər rayonda Tibb Mərkəzləri... Bu açıq-aşkar ölkənin səhiyyə sistemini məhv etməkdir. Hər gələndə təcrübəli işçiləri, kadrları uzaqlaşdırıb, savadsız, idarəetmə təcrübəsi olmnayanları, qohum əqrəbalarını, dost-aşnalarını vəzifələrə doldururlar. Başa düşmürlər ki, söhbət millətin sağlamlığından, millətin gələcəyindən gedir. Nə qədər eyni, paralel səhiyyə qurumları olar..?
Bütün bunlar hamısı dövlət vəsaitini sağa-sola dağıtmaqdır ee... Hər gün müxtəlif apteklərə daxil olanda növbə əlindən dayanmaq olmur, sanki insanlar marketlərə alış-verişə gəliblər. Bütün bunlar hamısı yarıtımaz səhiyyə siyasətinin nəticəsidir. Bakı Baş Səhiyyə Mərkəzinin FB səhifəsinə daxil olub nəzər salıram. Bakı Baş Səhiyyə Mərkəzində 2022-ci il üzrə yekun hesabatına həsr olunmuş iclası keçirilib. İclasda “Bakı Baş Səhiyyə Mərkəzi”-nın direktoru Elçin Əmirov, direktor müavinləri, departament, şöbə müdirləri və tabeli tibb müəssisələrinin rəhbərləri iştirak ediblər. İclasın materialı xeyli uzun olduğu üçün dərc etmirik.
Ancaq onu qeyd edək ki, iclasın sonunda Elçin Əmirov basıb -bağlayaraq, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. E.Əmirov ötən illə müqayisədə xeyli irəliləyiş əldə olunduğunu və Mərkəzin hədəfinin əhali arasında keyfiyyətli tibbi xidmətin təşkil edilməsi olduğunu bir daha iclas iştirakçılarının nəzərinə çatdırıb. Elçin Əmirov hansı keyfiyyətli tibbi xidmətdən danışa bilər..? Elçin Əmirov vəzifədə olduğu 2 il müddətində təcrübəli kadrların hamısını işdən uzaqlaşdırıb və baş həkim vəzifələrini satmaqla məşğul olub. Öz qohum əqrəbalarını, vaxtilə işlədiyi Penitensiar Xidmətin Hospitalındakı dostlarını vəzifələrə doldurub, baş həkim təyin etdirir. Lap sonuncu olaraq 12 saylı uşaq poliklinikasında kadr dəyişikliyi edərək Fəridə Şəmilovanı baş həkim təyin edib. Əgər bu təyinatın arxasında nələr durduğu araşdırılsa, ortaya biabırçı mənzərə çıxacaq. Təkraçılıq olsa da, Elçin Əmirov haqqında qısaca məlumat verək. Elçin Əmirov Bakıya gəlməzdən öncə Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi olub.
Ondan əvvəl isə Elçin Əmirov uzun illər Ədliyyə Nazirliyinin Hospitalının rəisi vəzifəsində çalışıb. Və hər iki vəzifədə işlədiyi zaman Elçin Əmirov korrupsioner kimi ad çıxarıb.
Təsəvvür edirsiniz, Elçin Əmirov Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi işləyərkən dəftəxana ləvazimatı adı altında 100 min manatdan çox vəsaiti mənimsəyib. Şəki Mərkəzi Xəstəxanasının Baş həkimi olan Elçin Əmirov rayondakı xəstəxanalarda onlarla “ölü canlar” saxlayaraq hər ay onların maaşlarını alıb. TƏBİB-in sədri Vüqar Qurbanovun yaxın dostu olan Elçin Əmirov 2 ildir Mərkəzin direktorudur. İki ildir Bakı Şəhər Baş Səhiyyə Mərkəzində direktor olan Elçin Əmirov ixtisarlar adı altında onlarla işçini vəzifəsindən, işindən uzaqlaşdırıb və...
Görəsən səhiyyə naziri Teymur Musayev bunları görmür..? Bəs, TƏBİB-in direktoru Vüqar Bayramov nə üçün Elçin Əmirovun bu əməllərinə göz yumur..? Və son zamanlar Elçin Əmirov Mərkəzə 32 nəfər yeni işçi qəbul edib. Qalan boş olan ştatlar satılır.
İndi gördünzmü, Elçin Əmirov hansı oyunlardan çıxır. Güman edirik ki, yaxın zamanda onun əməlləri ciddi şəkildə yoxlanılacaq.
//gundelik-baku.com//
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024