Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (25-01-2023, 08:51)
Tikinti qaydaları sərtləşsin! - ÇAĞIRIŞ

Tikinti qaydaları sərtləşsin!
"Saxtakarlığa yol verən Mənzil Tikinti Kooperativlərinin (MTK) rəhbərləri haqqında cinayət işinin başlanması, məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və sonrakı mərhələlərdə azadlıqdan məhrum edilmələr hüquq mühafizə orqanlarının analoji işlərlə bağlı çox ciddi mübarizə apardığını göstərir".
Mediatv.az bildirir ki, bu sözləri "Sherg.az"a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun fikrincə, təəssüf ki, hələ də bunun qarşısını tam şəkildə almaq mümkün olmayıb:

"Deməli, məlum istiqamətdə iki daha ciddi problem var. Bunlardan biri MTK, yaxud MMC-lərin inşa etdiyi binaların hələ də qanunvericiliyin tələblərinə uyğun olmayan formada satışının həyata keçirilməsidir. Bu proses ölkə qanunvericiliyinin tələblərinə cavab verəcək formada reallaşdırılsa, satılan mənzillərin ilkin qeydiyyatı, reyestri aparılarsa, problemləri qismən aradan qaldırmaq olar. Təbii ki, müqavilələr notarial qaydada bağlanmalıdır.

Digər bir diqqət çəkən məqam isə kifayət qədər maliyyə resurslarına malik olmayan, daha çox kənar maliyyə bazaları, kredit vəsaitləri ilə tikinti işləri aparmağa maraqlı olan və cəhd edən şəxslərin hələ də bu sahədə qalmasıdır. Məsələn, 100-200-300 manat nizamnamə kapitalı ilə işləyən hüquqi şəxslər mövcuddur. Hesab edirəm ki sözügedən məsələyə də müvafiq icra hakimiyyəti orqanları çox ciddi şəkildə nəzarət etməlidir.

Qanunsuz fəaliyyətlərinə qadağalar qoyulmalıdır. Bir tikinti şirkətində mövcud tikinti layihəsinin smeta dəyərinin ən azı 50 faizi məbləğində nağd pul varsa və ya əməkdaşlıq etdiyi bank ona zəmanət sənədi təqdim olunarsa, MTK-lara tikinti aparmaq üçün icazə verilməlidir. Mövcud problemlər aradan qaldırılmadığı müddətcə belə xəbərləri tez-tez eşidəcəyik".

Qeyd edək ki, Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilən “Star-M” MTK-nın rəhbəri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. M.Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlərin inşa etdiyi yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə satılmasına şərait yaradıb. Eləcə də satılması qanunvericiliklə qadağan edilən 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olub. Ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024