Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-01-2023, 12:22)
Respublika Dəri-Zöhrəvi Mərkəzi ÖZBAŞINA QALIB?

 




 Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır. Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir. Məqalədə daha sonra deyilir: "Bu dəfə şikayət edən və etmədiyi dövlət orqanı qalmayan və sona qədər pozulmuş hüququnu bərpa edəcəyini bir başa baş həkim Müşfiq Zeynalovun üzünə deyib,oradan uzaqlaşan Nərmin Qəzənfərovadır.Verilən məlumatda o da bildirilir ki,Nərmin Qəzənfərova Respublika Dəri-Zöhrəvi Mərkəzində operator vəzifəsində çalışıb.Baş həkim onu operator vəzifəsindən azad edərək xadimə ştatına keçirib və o da bununla razılaşmayıb".Məqalədə daha sonra qeyd olunur: "O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdə vəziyyət necədir? Orada nə səbəbə ixtisaslı aptek müdiri vəzifəsindən kənarlaşdırılıb,farmatsiya üzrə işçi kimi saxlanılır,onun yerinə bu iş qeyri-rəsmi də olsa Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunub? TƏBİB-in bundan xəbəri varmı, icazə veribmi? Axı,aptek müdiri ştatında işləyən Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs olmalıdır ki,o vəzifəni daşıya bilsin.Bir ildən artıqdır ki,Nigar Əliyeva adlı həkimin aptek müdirinin işini apardığına dair mərkəzdə söz-söhbətlər dolaşır. Buna kim icazə verib,-deyə bir-birinə sual verənlər var. Çünki, mərkəzə pemfiqus dəri xəstəliyindən əziyyət çəkən pasiyentlər müraciət edir. Bu xəstəlik çox ağır dəri xəstəliyi hesab edilir.Belə xəstələrə 3-4 dəfə dərman verib, başdan eləmək həqiqətən yolverilməzdir. Hazırkı halda aptek müdirliyindən kənarlaşdırılan şəxsin,funksiyasını belə xəstələrə dərman verərkən əvəz etmək asandır ki? Təbii,bu tip suallar qaranlıq qalmış məsələlərə aydınlıq sala bilər.Çünkü dərmanlar xəstəxananın rəsmi ştatında işləyən aptek müdiri tərəfindən qəbul edilməlidir.Orada vəziyyət necədir, aptek müdiri kimdir, işindən razıdırmı,ixtisas sahibidirmi, bu tip suallara aydınlıq gətirilməsi zərurəti var.

O ki,qaldı çoxsaylı şikayətlərə bunlar baş həkim Müşfiq Zeynalovun bir qədər işçilərlə yumşaq davranmasına səbəb olub.Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev, Baş həkimin müavini Sevil Yusifova, onlardan da ötsə kadrlar şöbəsinin işçisi Nuridə Almazova (Yeri gəlmişkən Nuridə Almazova baş həkimin əsas işlərini aparmasına dair məlumatlar dolaşır) icra edir-deyə,saytlar yazmışdı.Mətbuat onu da vurğulamışdı ki, Respublika Dəri-Zöhrəvi Mərkəzində bir neçə həkim "sıxma-boğmaya" salınarkən, nə səbəbə ər-arvad, bacı-qardaş, ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir.Yəni, daxili nizamnamə yol verirmi ki, bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!

Qeyd edək ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024