Karusel (19-04-2016, 21:09)
Şahnaz Baxşəliyeva ilə iş adamı İsgəndər Xəlilovu nə birləşdirir?
Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi tibb ocağını özəlləşdirməyi planlaşdırır O, səhiyyə nazirinin müavini Nigar Əliyeva ilə üzdə mehriban görünsə də, əslində uzun müddət onun postunda gözü olub Diqqət yetirsəniz görərsiniz ki, dəri-zöhrəvi xəstəlikləri son dövrlər nəzərəçarpacaq dərəcədə yayılmağa başlayıb. Çünki bu cür xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisəsi – Şahnaz Baxşəliyevanın rəhbərlik etdiyi Respublika Dəri-Zöhrəvi Dispanseri üzərinə düşən işi layiqincə icra edə bilmir. Hazırda bu xəstəlikdən ən çox əziyyət çəkənlərin azyaşlı uşaqlar, eləcə də 20-45 yaş arası insanlar olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgidə deyilir ki, bu gün Respublika Dəri-Zöhrəvi Dispanserində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər mövcuddur. Belə ki, Şahnaz Baxşəliyevanın rəhbərlik etdiyi tibb ocağında pasiyentlərin müayinə və müalicəsinə etinasız yanaşıldığını deyən mənbə bildirir ki, elə bu səbəbdən də dəri-zöhrəvi xəstəliklərə yoluxmuş şəxslərin sayı ildən-ilə artır: «Qeyd edim ki, təxminən, 9 il bundan öncə Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə nazirliyin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Şahnaz Baxşəliyeva tutduğu vəzifədən azad edilib, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilib. Elə həmin gündən dispanserin və bu tibb müəssisəsində müalicə alan xəstələrin, həmçinin onların yaxınlarının qara günləri başlayıb. Bu cür xəstəliklər insan həyatı üçün təhlükəli olsa da, Şahnaz Baxşəliyeva və onun komandasını pasiyentlərin müalicəsi yox, onların maddi durumu maraqlandırır. Halbuki dəri-zöhrəvi xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq yarana bilər. Sonsuzluq isə bir millətin genefonduna vurulan ən ağır zərbələrdən biri kimi dəyərləndirilir. Ona görə də bu cür xəstəliklərə və ona yoluxan şəxslərin müalicəsinə olduqca ciddi yanaşmaq lazımdır. Lakin Respublika Dəri-Zöhrəvi Dispanserində hər şeydən öncə pul öz sözünü deməlidir. Yəni həkimləri razı salmadan heç kim xəstə ilə maraqlanan, onun müalicəsi ilə məşğul olan deyil». Respublika Dəri-Zöhrəvi Dispanserində pasiyentləri dəri-zöhrəvi xəstəliklərindən dərmanlarla müalicə etməyin çox çətin, hətta mümkünsüz olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən tibb müəssisəsində xəstələrə təklif olunan dərman pereparatlarının keyfiyyəti arzuolunan səviyyədə deyil: «Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Şahnaz Baxşəliyeva 65 yaşı olmasına baxmayaraq, hələ də yerini cavanlara, gənc nəslə vermək niyyətində deyil. Halbuki qəbul olunmuş yaş senzinə görə, o, artıq dispanserə rəhbərlik edə bilməz. Lakin Səhiyyə Nazirliyindəki himayədarları sayəsində baş həkim indiyədək öz postunda qalmağı bacarıb. Onu da bildirim ki, Şahnaz Baxşəliyeva yaxın qohumu, «İSR» Şirkətlər Qrupunun sahibi, «İSR Plaza İsgəndər» kimi tanınan iş adamı İsgəndər Xəlilova arxalanaraq rəhbərlik etdiyi tibb müəssisəsini özəlləşdirməyi planlaşdırır. Hələ bu, harasıdır, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkiminin həyat yoldaşı və oğlu hazırda İsgəndər Xəlilovun yanında çalışır. Elə buna görə də o, bir sıra məsələlərdə «İSR Plaza İsgəndər»in dəstəyinə güvənir». Şahnaz Baxşəliyevanın hələ Əli İnsanovun zamanında karyerasında xeyli irəlilədiyini qeyd edən mənbə dildirir ki, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi sabiq səhiyyə nazirinin ən etibarlı kadrı, sağ əli kimi xarakterizə olunur: «Deyilənlərə görə, o, səhiyyə nazirinin müavini Nigar Əliyeva ilə üzdə mehriban görünsə də, əslində Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkiminin uzun müddət onun postunda gözü olub. Belə ki, Şahnaz Baxşəliyeva neçə illərdir ki, nazir üavini postuna gəlməyə çalışır. Lakin indiyədək bu arzusunu reallaşdırma bilməyib. Onu da vurğulamaq istərdim ki, Şahnaz Baxşəliyevanın bacısı Solmaz zanım əvvəllər 6 saylıda baş həkim olub. Hazırda bacılar arasında böyük çəkişmələr var. Deyilənlərə görə, onlar ata mülkünü bölə bilmirlər». Əldə etdiyimiz informasiyada o da bildirilir ki, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkiminin külli miqdarda kapitalı var. Sağlığına qismən olsun. Bununla işimiz yoxdur. Bizi narahat edən odur ki, dispanserin ərazisi Şahnaz Baxşəliyevanın tikinti biznesi ilə məşğul olan qohumlarının marağını cəlb edib. Deyilənlərə görə, baş həkimin yaxınları həmin ərazidə hündürmərtəbəli bina tikməyi planlaşdırırlar. Odur ki, müvafiq qurumlar bu məsələləri ciddi şəkildə araşdırsalar yerinə düşər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.