Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-01-2023, 17:17)
Uçuq evinin fotoları sosial şəbəkəni qarışdıran qazidən ETİRAZ

Uçuq evinin fotoları sosial şəbəkəni qarışdıran qazidən ETİRAZ
Bir neçə ay öncə sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Məlik Məlikovun Astara rayonunun Səlivə kəndində olan evinin görüntüləri paylaşılmışdı.

Fotolarda qazinin palçıqdan hörülmüş kiçik daxmada yaşadığı görünürdü. Dövlət qurumlarından qaziyə heç bir kömək edilmədiyi, bu səbəbdən onun daxmada yaşadığı bildirilirdi. Sözügedən fotolar sosial şəbəkə istifadəçilərinin güclü qınağına tuş gəlmişdi. Bundan sonra yerli icra hakimiyyəti orqanları qaziyə kömək vədi vermişdilər. Müharibədən qabaq, 3 il öncə ev tikdirdiyini, lakin yarımçıq qaldığını deyən qazi “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qazi tikdiyi evin əmisinin həyətində yerləşdiyini, bələdiyyənin torpağı əlindən aldığını da mətbuata açıqlamışdı. İcra Hakimiyyətindən heç kimin onun qapısını açmadığından şikayətçi olan qazi yenidən Cebhe.info-ya danışıb. Qazi ona aylar əvvəl ev tikiləcəyinə dair söz verildiyini, lakin elə söz olaraq qaldığını bildirib:

"Heç bir kömək olmadı. İcra Hakimiyətindən mənə yayda söz vermişdilər ki, evi bir ili ərzində tikəcəklər. Amma heç bir vədə əməl olunmadı. Hazırda veteranlıqla bağlı dövlətdən pul alıram. İki dəfə kəllə- beyin travması almışam, bel, çanaq nahiyəmdə problemlər var. Travmadan sonra çanaqda, bel sümüyümdə, fəqərələrdə sürüşmə var idi. Müalicələrim yenidən başlanmalıdır. Dərmanların hamısını öz cibimdən alıram".

Məlik Məlikov bildirib ki, valideynləri və özü işləmir:

"Valideynlərim pensiya almırlar. Mənim də travmam var deyə işləmirəm. Atam təsərrüfatla məşğuldur, bununla dolanırıq".

Qazi həmçinin bildirib ki, İcra Hakimiyyəti tərəfindən həyətyanı torpağı əlindən alınıb:

"Əlimdə sənədlər ola- ola torpağımı guya "Hirkan qoruğu" adı ilə aldılar. Sonra başqasına satdılar. Bununla bağlı Şirvan məhkəməsinə müraciət etmişəm".

Astara rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, cavab almaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025