Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-04-2015, 13:01)
Ağdaş İnkişaf yolunda

 

 

Bütünlükdə respublikamız üçün uğurlu keçən 2014-ci il hörmətli Tofiq İbrahimovun rəhbərlik etdiyi Ağdaş rayonununda sosial-iqtisadi və mədəni həyatında yaddaqalan hadisə və işlərlə əlamətdar olmuşdur

Ağdaş rayonunun iqtisadiyyatını sənaye və kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Rayonda sənaye məhsulu istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı çörək, çörək-bulka, müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl və s. istehsal olunur.
Rayonda «Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində 2014-ci ildə xeyli abadlıq və quruculuq işləri görülüb. Ümumi daxili məhsul, tikinti işlərinin həcmi artıb. Çoxu daimi olmaqla xeyli iş yerləri açılıb.
Ötən il rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində ardıcıl tədbirlər görülüb. Aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə mineral gübrə satılıb.
Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusilə yoncanın, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi ön plana çəkilib.



Əkin sahələrinin suvarma suyuna tələbatı normal ödənilir

Hazırda yazlıq bitkilərin əkini ilə bağlı işlər gedir. Kəndlərdə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün torpaq sahələri şumlanaraq əkin hazırlanır. Quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir, yeni meyvə bağları salınır. Həmçinin, yaz-yay fəsillərində əkin sahələrinin suvarma suyuna olan tələbatının normal ödənilməsi üçün arxlar lil və çöküntülərdən təmizlənir.İlham Əliyevin rəbərlik etdiyi  Ağdaş rayon Mexaniki  Suvarma Sistemləri İdarəsinin maşın və mexanizmləri suvarma arxlarını təmizləyirlər.
Bundan əlavə, ayrı-ayrı kəndlərin bələdiyyələri yerli əhalinin iştirakı ilə iməciliklər keçirməklə fərdi həyətyanı sahələrdən və pay torpaqlarından keçən daxili arxların əl əməyi ilə qazılmasını təmin edirlər.

Ağdaşın yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Əhmədalı Hacıyev nikbinliklə proqnoz edir ki, yaxın illərdə Ağdaş rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.


 

  

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Xürrəm Şirinovun rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Ağdaş rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Ağdaş rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Mahir Ağayevin rəhbərlik etdiyi Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 

Ağdaş rayonunda diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sistemidir



Rayonda xüsusi diqqət yetirilən sosial sferalardan biri də səhiyyə sistemidir. 2011-ci ilin oktyabr ayından istifadəyə verilən Nuru Nuruyevin rəhbərlik etdiyi Ağdaş rayon Mərkəzi Xəstəxanasının açılışında dövlətimizin başçısı cənab İlham Əliyev iştirak etmişdi. Xəstəxananın təməlini də məhz möhtərəm Prezidentimiz özü qoymuşdu. Yüz çarpayılıq xəstəxana kompleksinin ümumi tikinti sahəsi 22500 kvadratmetr hesablanmışdı. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərlik tibbi heyət çalışır. Müasirliyi ilə seçilən poliklinika şöbəsi ən yeni avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılıb. Diaqnostika şöbəsində yaradılmış şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Əməliyyat blokunda isə bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir.

Azərbaycanı beynəlxalq aləmdə də layiqlə təmsil edən Ağdaş mədəniyyəti

Azərbaycana xalq artisti Habil Əliyev kimi korifey sənətkarı bəxş etmiş Ağdaş rayonu qədim və zəngin mədəniyyətə malikdir. Bu mədəniyyətin qorunması və inkişaf etdirilməsi  ilə vəzifələndirilmiş təcrübəli mütəxəssisTahir Əliyevin rəhbərlik etdiyi Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix-Diyarşünaslıq muzeyi, Maqsud Şeyxzadə muzeyi), 1 Mərkəzi Kitabxana, 68 kitabxana filialı, 49 klub və mədəniyyət evi, 2 uşaq musiqi məktəbi, 1 dövlət Rəsm Qalereyası vardır. Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2011-ci il tarixli, 139 nömrəli qərarına əsasən 17 yerli əhəmiyyətli tarixi abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür.
Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinin qeydiyyatında rayon ərazisində yerləşən 17 tarixi abidə vardır. Şöbənin müvafiq bölməsi tərəfindən mühafizə olunan bu tarix və mədəniyyət abidələrinin hamısı yerli əhəmiyyətli abidələrdir.
Mədəniyyət təhsil müəssisələri arasında Habil Əliyev adına Uşaq Musiqi Məktəbi, Ləki qəsəbə Uşaq Musiqi Məktəbi ümumən ölkə mədəniyyətinin, musiqi sənətinin inkişafına verdikləri xidmətlərlə tanınırlar. Bu məktəblərin şagirdləri respublika və rayon miqyaslı yarışlarda, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, nümunəvi çıxışları ilə tamaşaçıların rəğbətini qazanırlar. Məktəblərdə tez-tez Azərbaycan, Avropa və dünya klassik bəstəkarlarının həyat və yaradıcılığına həsr olunmuş musiqili-bədii gecələr keçirilir.
Rayonda fəaliyyət göstərən «Teşti» rəqs, «Kəndirbazlar» sirk folklor kollektivləri təkcə rayonda keçirilən tədbirlərə qatılmaqla kifayətlənmir, hətta ölkəmizi onun hüdudlarından kənarda da layiqlə təmsil edirlər. Kollektivlər Misir Ərəb Respublikasında və başqa ölkələrdə keçirilən festivallarda Azərbaycanımızın şərəfinə tərəf çatmışlar.

Cənab Tofiq İbrahimovun başçılıq etdiyi Ağdaş rayon İcra Hakimiyyəti Aparatı fəaliyyətini möhtərəm Prezidentimizin tövsiyə etdiyi prinsiplərə əsasən qurur. Rayon əhalisinin qayğıları, problemləri ilə yerində və vaxtında məşğul olmaq üçün səyyar qəbullar təşkil edilməsi, müraciət və ərizələrə operativ reaksiya verilməsi, işçi-məmur münasibətlərinin şəffaflığı və digər lazımi tədbirlərin həyata keçirilməsinə  ciddi nəzarət daim diqqət mərkəzində saxlanılır. Bütün müşahidə olunanlar əmin olmağa əsas verir ki, Ağdaşın tərəqqipərvər qüvvələri 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024