Sosial / Karusel (17-01-2015, 10:54)
İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası
Saxta soyqırım yubileyinə ortaq türk zərbəsi; İlham Əliyevin Türkiyə səfəri ermənilərin uydurma genosid planlarına zərbə ilə yadda qaldı; Ərdoğan Çanakkala zəfərinin 100 illiyi törəninə Sərkisyanı da dəvət eləməklə, “24 aprel iddiası”na qarşı uğurlu 24 aprel gedişi etdi; Moskvadan isə İrəvana xəbərdarlıq mesajı gəldi...
Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ildə xaricə ilk səfərini Türkiyəyə etməsi bir çox parametrlərinə görə özünü doğrultdu.
Səfər ikitərəfli münasibətlərdəki bütün strateji sahələr, o cümlədən Qarabağ, erməni-türk məsələləri üzrə Bakı ilə Ankara arasında ciddi fikir ayrılığının olmadığının təsdiqi oldu, həmçinin bəzi nöqtəsiz “i”-lərin üzərinə nöqtə qoydu.
Ziyarətin uydurma “soyqırımın” 100 illiyi ərəfəsinə təsadüf eləməsi isə xüsusi önəm daşıyırdı. Prezidentlərin bu mövzuya məxsusi yer ayırması da təbiidir. Aparılan müzakirələrin Azərbaycanı qane eləməsini İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi fikirlərdən görmək olar. Sitat: “Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü biz Çanakkala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə özümün və Azərbaycan xalqı adından sizə minnətdaram”.
Yeri gəlmişkən, uydurma iddianın 100 illiyi yaxınlaşdıqca Türkiyə hücum diplomatiyasını gücləndirməkdədir. Bunu həm də prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Serj Sərkisyana Türkiyəni ziyarət eləmək üçün rəsmi dəvət yollamasından görmək olar. Dəvət Çanakkala zəfərinin 100 illiyi törənlərinə qatılmaqla bağlıdır.
O da bəlli olub ki, Türkiyə Çanakkala döyüşünün 100 illiyi ilə əlaqədar aprelin 23-24-də böyük tədbirlər planlaşdırır. Bu məqsədlə Ərdoğan 102 ölkənin dövlət başçısına, o cümlədən ABŞ prezidenti Barak Obamaya və Ermənistan başçısı Serj Sərksiyana da rəsmi dəvət göndərib. Türkiyə və Azərbaycan həm də çevrə dövlətlərinə seçim etmək imkanı yaradacaq. Kim onlarla, kim ermənilərlə - səhnə aydınlaşacaq; heç şübhəsiz, belə vəziyyət ermənilərə diskomfort yaradacaq.
Sərkisyana dəvət isə təbii ki, incə şəkildə əsaslandırılıb. “Çanakkala döyüşlərində başqa etnik qruplar kimi, Türkiyə ordusu tərkibində ermənilər də vuruşub. Bu səbəbdən biz Sərkisyana da dəvət göndərdik”, - deyə adının çəkilməsini istəməyən türk məmurlarından biri söyləyib.
Başqa sözlə, bu dəvətlə əgər bir yandan saxta erməni məsələsinin İrəvanda planlaşdırılan 100 illik törəninin effekti azaldılırsa və Ərdoğanın Ermənistana getməkdən imtinasına sanballı əsas yaradılırsa, başqa yandan, ermənilərə və dünya birliyinə əhəmiyyətli bir mesaj (“Çanakkalada ermənilər də vuruşub”) verilir ki, bunu da uğurlu təbliğati-diplomatik gediş saymaq olar. Sözsüz ki, Sərkisyan aprelin 23-də Türkiyəyə getməyəcək. Ancaq bir gün sonra Ərdoğanın İrəvana getməməsi üçün də sanballı motiv yaratmış olacaq...
Qeyd edək ki, bu arada bəzi təhlilçilər Türkiyənin bədnam yubileylə bağlı təzyiqlərdən yayınmaq üçün aprelin 24-dək İrəvanda diplomatik nümayəndəlik açacağını proqnoz edirdilər. Lakin İlham Əliyevin Türkiyə səfəri zamanı verilən mesajlar, Çanakkala zəfərinin ildönümü törənləri bunu xeyli dərəcədə gündəmdən çıxarır. Qənaət hasil olur ki, Ankara belə bir addımı yalnız Qarabağ məsələsində mühüm irəliləyiş olacağı təqdirdə mümkün görür.
****
Rusiya mətbuatı isə Azərbaycanın dövlət başçısının Türkiyəyə prezident Putinin səfərindən az sonra yollanmasına diqqət yönəltməklə önəm verir. O Rusiya ki, onun forpost Ermənistanla münasibətlərində yeni bir çat yaranmaqdadır. Belə ki, Gümrüdəki 102 saylı hərbi bazanın əsgərinin 6 nəfərlik erməni ailəsini qətlə yetirdikdən sonra yaranan gərginlik tədricən siyasi-diplomatik müstəviyə adlamaqdadır. Artıq bazanın ölkədən çıxarılması tələbləri gündəmə gəlməkdə, İrəvanda, Gümrüdə Rusiya bayraqları, Putinin şəxsiyyəti açıq şəkildə təhqir olunmaqdadır.
Vəziyyətin dramatikliyini həmçinin Kremlə və ermənilərə (!!) yaxınlığı ilə seçilən “Reqnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun ermənilərə ünvanlı olduqca sərt açıqlamasından görmək olar (axar.az). Sitat: “Ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı. 18-ci əsrdə böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər...
70-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu sadəcə, olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə, 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüz illər ərzində xalqı idarə edənlər onun başına yeridirlər ki, biz ən qədim və ağıllıyıq, amma özləri Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş edirlər. Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər...”
*****
Uydurma soyqırımın 100 illiyinə 3 ay qalmış İrəvanın Moskva ilə münasibətlərində soyuqluğun yaranması, Kremlə yaxın şəxsin dilindən belə bir xəbərdarlıq mesajının səslənməsi əlbəttə ki, məsələdə hücum diplomatiyasına köklənməkdə olan Bakı və Ankaranın strateji maraqlarına bütünlüklə cavab verir