Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-09-2022, 08:12)
Deputatın XARAB MƏNTİQİ

 
 











Dünən daha bir deputatımız GÜL VURDU... Yox, daha dəqiqi rəsmən GÜL AÇDI... Özünü hədəf kimi meydana tulladı ki, üzərinə nəzərlər tuşlansın...

DİA.AZ bildirir ki, bizim bəzi deputatlarımız özlərini sanki şou-biznes adamı kimi aparırlar... Elə zənn edirlər ki, gündəmdə qalmaq, hansı yolla olursa-olsun gündəmi məşğul etmək
onların işlərinə yarayır. Sanki toy tuturmuşlar kimi...

Gələk əsas məsələyə...

“Sosial yardım insanları xarab edib”. Dünən bəlli oldu ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.

Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.

DİA.AZ qeyd edir ki, deputatın öz fikrini biabırçı formada ifadə etməsi cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə aktiv müzakirə olunub. Yox, buna aktiv müzakirə yox, aktiv QINAMA deyirlər...
Hətta iş o həddə çatıb ki, camaatı sosial yardımın XARAB etdiyini qeyd edərək ortaya bir XARAB MƏNTİQ qoyan deputatımızın xaricdəki səltənətini də daryışma mövzusuna çeviriblər.

DİA.AZ diqqətə çatıdırır ki, bu barədə məlumat yazan araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edir:

"Sosial yardım bunları necə xarab edibsə Fransada, Aralıq dənizi sahillərində (Nitsa yaxınlığındakı kurort rayonunda) 2 milyonluq villa alıblar...."

Hə, bu qədər... Yəqin ki Hicran xanım bundan sonra daha tədbirli olar ifadələrini seçərkən...

Məsələ ilə əlaqədar  qarşı tərəfi də dinləməyə hazırıq...шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024