Sumqayıtda 7-ci sinif şagirdi, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı itkin düşüb.Mediatv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, 12 yaşlı məktəbli günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. 

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib. 

N. Pənahlını görənlərdən polisə məlumat vermələri xahiş olunur.