Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-03-2021, 11:30)
Gəncə təhsilində ÖZBAŞINALILQ - NARAZILIQ!

Gəncə təhsilində ÖZBAŞINALILQ
Gəncə şəhər 7 №-li tam orta məktəbin direktoru Sevda Sadıqova qanunsuz hərkətlərə yol verib. Belə ki, məktəb direktoru VII sinfin yarsını, VIII sinfi isə tam şəkildə məktəbdə oxumayan Hüseynov Rüfət Ədalət oğlunu sinifdən-sinfə keçirib. Hazırda sözügedən şagird 7 №-li məktəbin XA sinfində oxuyur.

Bu barədə məlumat KANAL32.az-ın redaksiyasına Gəncə şəhərindən daxil olub.

Mənbənin iddiasına görə, məktəbin direktoru Sevda Sadıqovanın bu əməllərindən əslində Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də məlumatlıdır. Çünki məktəbin XA sinfinin şagirdləri bununla bağlı Təhsil İdarəsinin müdirinin adına imzaları ilə təsdiq edilmiş yazılı məlumat da göndəriblər. Yazılı məlumatda qeyd olunur ki, Hüseynov Rüfət Ədalət oğlu VII sinfin yarsını, VIII sinfi isə tam şəkildə məktəbdə oxumayıb.Çünki o Türkiyə Respublikasında yayşayıb. Hətta şagirdlər Rüfətlə bağlı sinif rəhbərlərinə etiraz da ediblər. Sinif rəhbəri isə öz növbəsində bildirib ki,rəhbərliyin xəbəri var,siz öz işinizlə məşğul olun. Onu da qeyd edək ki,yazılı məlumatda Rüfətin qardaşı Rəşadın da dərsə gəlməməsi və onun da Türkiyədə olması barədə fikirlər ifadə olunub.

Gəncə təhsilində ÖZBAŞINALILQ

Hüseynov qardaşlarının Türkiyədə ola-ola sinifdən-sinfə keçirilməsi ilə bağlı başqa bir maraqlı informasiya da var. Belə ki, Gəncə Şəhər 1 saylı Vəkil Bürosu 26 yanvar 2021-ci il tarixdə Dövlət Sərhət Xidmətinə rəsmi məktub göndərib.Və məktubda xahiş olunub ki, 2005-ci il təvəllüdlü Hüseynov Rüfət Ədalət oğlunun və 2006-cı il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlunun 2016-2020-ci illər ərazində Azərbaycan Respublikasından getməsi və ölkəyə qayıtması haqqında rəsmi məlumat verilsin.

Gəncə təhsilində ÖZBAŞINALILQ

Məktəb rəhbərliyinin diqqətinə çatdıraq ki,”Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” (bundan sonra – Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.32-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sinifdən-sinfə keçirilməsini, müvəffəqiyyətsizliyə və digər səbəblərə görə təkrar sinifdə saxlanılmasını tənzimləyir.

Məhz mövcud qaydalara görə dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi diaqnostik, formativ və summativ (kiçik və böyük summativlər)qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır.

Maraqlıdır, ümumtəhsil məktəbləri ilə bağlı mövcud hüquqi-normativ aktları kobud şəkildə pozan məktəb direktoru indiyə kimi kimi niyə cəzalandırılmayıb? Gənc kadr kimi ümidlər bəslənən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 7 №-li tam orta məktəbin direktoru Sevda Sadıqovanın qanunsuz əməllərinə niyə göz yumub?

Bəli, görünən odur ki, sürətlə inkişaf edən allı-güllü Gəncəmizin müqəddəs təhsil ənənləri məhv edilməkdədir. Yəqin şəhərin rəhbəri Niyazi Bayramovun başı işlərindən açılsa bu sahədəki biabırçılıqları görə biləcək. Deyəsən,Təhsil naziuri Emin Əmrullayev də dünyadan xəbərsizdir…(?)

Xatırladaq ki,Azərbaycan və rus bölmələrinin fəaliyyət göstərdiyi,1000 nəfərə yaxın şagirdin təhsil aldığı Gəncə şəhər 7 №-li tam orta məktəb 1985-ci ildən fəaliyyət göstərir və 2019-cu ildə H.Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.

Onu da qeyd edək ki,bayram günləri olduğundan nə məktəb direktoruna, nə də Gəncə Təhsil İdarəsinin rəhbərliyinə ulaşa bilmədik. Bütün hallarda onların mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024