Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (14-06-2022, 12:17)
Tibb Universitetində borcu olan MMC ilə müqavilə bağlanılır

 Dövrü mətbuatda son günlər Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin sözügedən təhsil müəssisəsində bazar açması barədə məlumatlar yayılmaqdadır. Burada diqqət çəkən məqam daha çox rektorun yaxın ətrafını başına toplamasıdır. Məlumatlarda qeyd olunur ki, Universitetin təsərrüfat və təchizat işlərinə baxan Elçin Əlizadə rektorun bacısının həyat yoldaşıdır. Həmçinin yazırlar ki, rektorla Elçin Əlizadə əlbir olub universitetin təsərrüfat işlərinə ayrılan vəsaitləri talan edirlər. Onların bu talançılığı apardığımız kiçik bir araşdırmada öz təsdiqini tapdı.Bu əməllərini hansı yollarla həyata keçirdiklərini aşağıda diqqətinizə çatdıracağıq.
Azərbaycan Tibb Universiteti tərəfindən “ATU – nun imtahan mərkəzinin cari təmir işlərinin aparılması” üzrə 10.05.2022-ci il tarixdə müsbiqəsinə başlanılmış kotirovka sorğusunda 13.06.2022-ci ildə 41 138.34 manatla “AZENA” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZENA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 06.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev 15, m. 111, qanuni təmsilçisinin isə Quliyev Rəşad Ənvər oğlu olduğu göstərilir.
Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı “AZENA” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Açıq mənbələrdə MMC-nin adı yalnız dövlət qeydiyyatına alındıqdan bir neçə ay sonra, yəni iyun-iyul 2020-ci ildə koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında yer alıb.
Qeyd etdiyimiz kimi MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdu. Yəni konkret hər hansı bir sahə üzrə ixtisaslaşdığı da bəlli deyil. Azərbaycan Tibb Universitetinin qalib elan etdiyi kotirovkadan başqa, yalnız bir kotirovka sorğusunda qalib olub. O da yenə 2021-ci ildə Azərbaycan Tibb Universitetinin keçirdiyi kotirovka olub.
Universitet tərəfindən Azərbaycan Tibb Universitetinin Vətən ugrunda şəhid olmuş tələbə və məzunların xatirə abidəsinin inşaası üzrə 08.10.2021-ci il tarixdə müsbiqəsinə başlanılmış kotirovka sorğusunda “AZENA”  MMC 22.11.2021-ci ildə 48 412.64 manatla qalib olub.
Göründüyü kimi MMC Azərbaycan Tibb Universiteti tərəfindən keçirilmiş iki kotirovka orğusunun qalibi olub və ümumi olaraq 89 550 manatlıq dövlət sifarişi alıb. Amma MMC-nin hazırki günə olan vergi borcu bilirsinizmi nə qədərdir? Tam 29 963.42  manat.
 





Azərbaycan Tibb Universiteti 13.06.2022-ci ildə daha bir şübhəli tender keçirib. Azərbaycan Tibb Universitetinin 4 və 5 saylı tədris binalarında lift təsərrüfatinin əsaslı təmir işlərinin aparılması” üzrə keçirilən yenderdə 295 000 manatla “XƏZƏRLİFTSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub. Tenderin şərtlər toplusunda 4 və 5 saylı tədris binalarında 3 ədəd yeni liftin quraşdırılacağı açıqlanır. Yalnız 3 liftə stabilizator (gərkinlik tənzimləyici) və 3 liftin qapı kənarlarının sökülməsi, yeni qapı ölçüsünə uyğun yenidən tikilməi,maşın şöbəsinin təmir işləri və lift şaxtasında elektrik naqillərinin bərpası nəzərdə tutulur. Bütün bunlarda belə məlum olur ki, Azərbaycan Tibb Universiteti bir liftin quraşdırılmasına 100 min manat yaxın xərc çəkir. Bu nə dərəcədə inandırıcı görsənir.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti  “XƏZƏRLİFTSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinə hələ 2019-cu ildə 5 saylı tədris binasınsada mövcud olan liftlərin demontajı və yenisi ilə əvəz olunma işlərinə görə 135 000 manat ödəyib.
Onu da xüsusilə vurğulamaq istərdik ki, “XƏZƏRLİFTSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti bir neçə dövlət qurumlarının liftlərə servis xidmətinin, yenidən quraşdırılması, təmir işlərinin satın alınmasının qalibi olub. Amma heç bir dövlət qurumu MMC-yə Azərbaycan Tibb Universiteti kimi vəsait ayırmayıb.
Göründüyü kimi Azərbaycan Tibb Universiteti son üç ildə iki korpusda təkcə liftlərin yenilənməsinə 430 min manatdan çox vəsait ayırıb. Bunun şişirdildiyi açıq aydın görsənir. Bu ancaq liftlərə ayrılan vəsaitlərdir. Bəs görəsən Universitetin Tender Komisiyası başda Elçin Əlizadə olmaqla tibbi avadanlıqların satın alnmasında, təmir, tikinti işlərində qiymətləri nə qədər şişirdir və ilə ərzidə nə qədər vəsait silirlər? Daha nə kimi saxtakarlıqlara yol verirlər?
 
Aktualinfo.orgшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024