Slayd / Təhsil (5-05-2022, 09:53)
Baytarı generala, "diplomatı" nazirə çevirən universitetlərimiz

Niyə belə düşünürəm? Gəlin, sizi yaxın yoldan qaytarım. Baxın, hansı Avropa və ya ABŞ universiteti 40-50 yaşlı bir baytara ikinci ali təhsil verib onu hələ məzun olmamış generallıq rütbəsinə, tamamilə başqa sahədə nazir, nazir müavini vəzifəsinə yüksələ bilər?
Yəqin ki, belə uzağa sıçrayışlı tələbə yetişdirmək 130 ildən çox yaşı olan Stanford, yaxud 385 illik Harvard kimi universitetlərin mövcudluq tarixində görmədiyi uğurdur. Azərbaycanda isə bu uğura imza atan kifayət qədər universitetlər var. Məsələn, hazırda binasından başqa heç nəyi qalmayan Təfəkkür universitetini götürək. Bu ali məktəb Kəmaləddin Heydərovun baytar dostu Nazim Xeyrulla oğlu Məmmədovu 48 yaşında hüquq fakültəsinə qəbul edib və o, bu universiteti bitirən kimi generallıq rütbəsi alıb FHN rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Naxçıvan Dövlət Universiteti də bu uğurunda Təfəkkür universitetindən geri qalmır. NDU-da ikinci təhsilini alan Rəşad İsmayılov bu il MR-nın Daxili İşlər naziri vəzifəsinə gətirilib. Rəşad İsmayılov ikinci təhsilindən əvvəl hazırda adını dəyişdirib Avrasiya Universiteti kimi fəaliyyət göstərən Bakı Ali Diplomatiya kollecini bitirib. //ovqat.com//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025