Slayd / Təhsil (11-02-2022, 16:05)
Rektorların “bazarı bağlandı”: Daha “pul silə” bilməyəcəklər
Təhsil nazirinin hüquqları artırılıb.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.Təhsil naziri Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq. Başqa sözlə, nazir nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir. Əhalinin hər 10000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir. Bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alan tələbələrdir, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır. Bu gün ölkədə ödənişli təhsil müəssisələri ilə yanaşı dövlət təhsil müəssisələrində ödənişli təhsil həyata keçirilir.
Göründüyü kimi, hazırda ölkədə ödənişli təhsil alan tələbənin sayı daha çoxdur ki, nəticədə təhsil müəssisələri kifayət qədər gəlir əldə edirlər. Lakin həmin gəlirlərin hara xərcləndiyi birmənalı qarşılanmır.
Ölkə başçısının məhz bu problemin həllinə yönəlmiş fərmanından sonra universitetlər hansı yolu seçəcəklər, nəhayət, elmi axtarışlara başlayacaqlarmı? "Mediatv.az"-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, uzun illərdir ölkədə təhsil mütəxəssisləri, KİV-lər ali məktəblərdə ödənişli təhsilin həddindən artıq çox, qiymətin də baha olması ilə bağlı problemi qaldırırlar:
"Həmin ödənişi verə bilmədiyinə görə hər il çox sayda tələbələrimiz təhsildən kənarda qalırlar. "Təhsil haqqında" Qanunun 14-cü maddəsində göstərilir ki, dövlət təhsil müəssisələri mənfəət güdmürlər. Qanun icazə verir ki, siz ödənişli təhsillə məşğul ola bilərsiniz, ancaq bu, mənfəət güdməməlidir. Yəni ödənişli təhsil ödənişsiz təhsildən çox olmamalıdır. Hazırkı vəziyyətə görə, ölkədə oxuyan hər 100 tələbədən 60-ı ödənişli təhsil alır. İllərdir ki, bizim ali məktəblərimiz - əslində onların əsas işi elm, innovasiya mərkəzləri olmalıdır, elmi araşdırmalar aparmalıdırlar - ödənişli təhsildən böyük vəsaitlər əldə edir. Həmin ödənişli təhsildən əldə edilən vəsaitlərin hara getdiyi məlum olmur.
Ölkə başçısı zaman-zaman müəyyən sərəncamlar verməklə sosial vəziyyəti nisbətən zəif olan tələbələrə dəstək olur. Məsələn, pandemiya dövründə bakalavr və magistraturada təhsil alan 17 minə yaxın tələbənin ödənişini dövlət öz üzərinə götürdü. Hazırda valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş şəxslər, o cümlədən məcburi köçkün övladları, şəhid övladları, Vətən uğrunda döyüşlərdə I və II dərəcəli əlillik dərəcəsi almış şəxslərin övladlarının da təhsil haqqını dövlət ödəyir. Ümumilikdə isə müstəqillik dövründə ali məktəblərimiz heç bir dənə də olsun fundamental elmi araşdırmaya imza atmadılar. Ödənişli təhsildən milyonlarla manatın hara getdiyi bilinmədi. Bu baxımdan dövlət başçısısnın bu fərmanını yüksək qiymətləndirirəm. Artıq universitetlər bir dönüş etməli və bilməlidirlər ki, onların işi, vəzifəsi elmi araşdırmalardır. Bu baxımdan universitetlərin fəaliyyətində bir dönüş yaranmalıdır".
Ümumtəhsil məktəblərində toplanan vəsait hara xərclənir?
Ekspertin sözlərinə görə, fərmanda bütün ödənişli dövlət ali və orta təhsil müəssisələri göstərilir:
"Sərəncamçı həmin ali məktəblər və yaxud kolleclər idi. Orta məktəblərdə olan dərnəklər və s. Qeyri-leqal, "qara iqtisadiyyat" prinsipi ilə işləyir. Çünki bizdə ümumtəhsil məktəblərinin özlərinin hesabı, balansı yoxdur. Ümumtəhsil məktəblərinin bufetləri ayrı-ayrı şirkətlərə verilib və həmin şirkətlər hər bir uşağa 52 qəpik olmaqla Təhsil Nazirliyinə ödəniş edirlər. O pulların da taleyi məlum deyil ki, hara gedir. Yəni ümumtəhsil məktəblərinin bufetlərindən yığılan pulların da hara getdiyi məlum deyil. O cümlədən, Bakı şəhəri üzrə stadionu olan məktəblər var, onlar icarəyə verilir. Bu "birgə fəaliyyət" adlanır və məlum deyil ki, ondan gəlilərlər hara axır. Çünki ümumtəhsil məktəblərinin özlərinin hesabları, bank rekvizitləri yoxdur, onlar müstəqil deyil ki, maliyyəni özləri əldə etsin. Hansı məktəblərdə müəyyən dərnək varsa, bu "qara dəftər"lə aparılır, leqal deyil. Leqal hazırda ali və orta ixtisas təhsilində olan ödənişlərdir. Ümumtəhsil məktəbində olan maliyyəni əldə etmək üçün ilk növbədə toplanan vəsaitlərin leqallaşması üçün bir addım atılmalıdır. Bununla bağlı ilk növbədə ümumtəhsil məktəblərinin bank rekvizitləri, hesab nömrələri açılmalıdır. Ondan sonra leqallaşa bilər".
Ekspert deyir ki, fərmana əsasən, ödənişli dövlət təhsil müəssisələri yığılan vəsaitlə bağlı yalnız Təhsil Nazirliyinin razılığı olandan sonra həmin pul istifadə edilə bilər:
"İndiyədək fərqli idi, vəsaitlər universitetlərin öz hesabına gedirdi, rektor onun sərəncamçısı idi və hara, necə istəyirdisə xərcləyirdi. Qanunvericilikdə göstərilir ki, bu vəsaitlər yalnız işçilərin sosial müdafiəsinə, yəni əməkhaqqının artırılmasına və təhsil layihələrinə xərclənməlidir. Təəssüf ki, biz ali məktəblərimizdə təhsil layihələri adlı heç nə görümürük. Olanlar da formaldır, pulları “silmək” üçündür. Düşünürəm ki, bundan sonra nəzarət sistemi daha yaxşı olacaq".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024