Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (10-02-2022, 11:00)
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QANUNLAR İŞLƏMİR

 




          Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında hədsiz çox sayda tənqidi və hətta deyərdik ki, həyəcan təbili xarakterli məlumatlar dərc olunmuşdur. Ancaq təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, bu məlumatlara ciddi diqqət ayrılmamışdır. Sanki  hansısa  sehrli  bir  qüvvə  burada  baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir.
         Gəncə Dövlət Universiteti təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir,eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. GDU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək  maliyyə və inzibati maxinasiyalara  qorxmadan imza atırlar.
          Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına əsasən dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər və eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.Ancaq GDU-nun rektoru  Yusif  Yusibov  bu  təlimatı  pozaraq  12 ildən artıq dekan işləyən  şəxsləri, 70-yaşdan çox yaşı olan rüşvətxor  Əjdər Əsgərovu, həyatının  20 ildən  artığını dekan işləmiş rüşvətxor  Bayram  Apoyevi, rüşvətxor  İsfəndiyar Alverdiyevi  yenidən dekan seçmək istəyir. Qanunvericiliyə görə  eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Amma bunlar 3-cü dəfə dekan  seçilmək istəyir.Təhsil Nazirliyinin qanunları və təlimatları deyəsən Gəncə Dövlət Universitetinə aid deyil.Yoxsa, bunlardan başqa həmin vəzifəyə layiqli kadrlar yoxdur. Kadrlar var, lakin o kadrların vəzifəyə keçmək üçün rüşvət verməyə 20000 manatı  yoxdur.Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əsgərov 3  dəfədir ki,ardıcıl olaraq dekan işləyir. 72 yaşı var. Rüşvətxorluqla bağlı keçən il törətdiyi əməllərə görə töhmət alıb. Zərdab rayonunda kollecin direktoru işləyib. Saxta kollec olduğuna görə oradan qovulub. Fakültəni idarə edə bilmir. Kollektivdə heç bir hörməti yoxdur. Ona qarşı fakültədə böyük narazılıq var. Lakin rektor onu qeyri-qanuni olaraq dekan seçmək istəyir. Bu adamın övladları da GDU-da işləyir. Bayram Apoyev isə ixtisası coğrafiya olsa da  Nizami Gəncəvi yaradıçılığının  tədqiqi  ilə  bağlı saxta doktorluq dissertasiyası yazıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası isə onun bu plagiat və saxta elmi işini ləğv edib. Bayram Fəti ləqəbi ilə vaxtilə kürd  dilində yazdığı şerlərdə Azərbaycan xalqını təhqir edən, kürdlərin bizim xalqdan qat-qat üstün olduğunu yazıb, onları respublikamızın daxilində dövlət yaratmağa səsləyən bir bir şəxsdir.  Bayram Apoyev və Əjdər Əsgərov  dekan işlədiyi müddətdə müavininə belə etibar etmədən tələbələrdən rüşvəti şəxsən özü yığıb. Universitetdə  rəhbərlik  maaşları  qaldırmır. Digər universitetlərin professor-müəllim  heyətinin  maaşları  yanvarın 1-dən qaldırıldığı halda bu GDU-ya aid deyil.  Əksinə universitetin bütün maliyyə vəsaitləri bir qrup adam tərəfindən qarət olunur.Təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait Elm və innovasiyalar üzrə prorektor  Pərvin  Kərimzadə, İnnovasiya  Departamentinin  rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və digərləri tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu rəhbər şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız həmin adamlar və onlara yaxın olan bir neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin özləri, yaxud yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir. Ruslan Məmmədovun heç bir elmi dərəcəsi yoxdur.Amma buna baxmayaraq  böyük  bir  şöbənin  müdiridir. Maraqlı odur ki, tədris ilinin əvvəlindən sonuna kimi bu şəxslər xarici ölkələrdə gəzirlər. Ruslan Məmmədov da Fətullah Gülən tərəfdarları ilə sıx əlaqədədir. Ruslan Məmmədov xarici ölkələrdə təhsil almaq üçün tələbə göndərir, bunun müqabilində 2000 manat rüşvət alır. Ruslanın bacısı da GDU-da işləyir. Ruslanın törətdiyi cinayət əməllərinə görə onun həyat yoldaşı onu atıb başqa ərə getdi. Həmin müəllimə də Xarici  dillər fakültəsində müəllim işləyir.Ruslan Məmmədov  bir neçə il bundan əvvəl öz işçisi İsmayılzadə Farizə Mobil qızını  iş otağında vəhşicəsinə döymüş və onu şərləyərək işdən azad olunmasına nail olmuşdur.Nəticədə Universitetdəki “inkişaf” göz qarşısındadır. 80-dən artıq yaşı olan ali təhsil ocağı daxildən çökməyə başlayıb. Burada elm və təhsilin inkişafına yönəlmiş heç bir fəaliyyət göstərilmədiyi göz qarşısındadır.
        Bəs görəsən, bu çirkin idarəçilik üsuluna nə zaman son qoyulacaq və adları çəkilən şəxslər nə vaxt layiqli cəzalarını alacaqlar?!..
                                                                             шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024