İstənilən sahədə saxta diplomlu şəxslərin fəaliyyət göstərməsi həmin sahənin inkişafına deyil, tənəzzülə doğru getməsinə rəvac verir. Çox təəssüf ki, saxta diplomlu şəxslər respublikanın orta təhsil sisteminə də sirayət edə biliblər. Onlar arasında nəinki sıravi müəllimlər, hətta məktəb direktorları, dərs hissə müdirləri də var.
Sizə kimdən deyək, kimdən danışaq, Goranboy rayonun Quşçular kənd tam orta məktəbinin direktoru Ceyhun Cahangirovdan. Onun əndrəbadi dosyesi barəsində məlumatı isə “DünyanınSəsi” saytına məktəbin müəllim kolektivi və kənd sakinləri göndəriblər. Özü də şikayət formasında.Şikayətçilərin iddiasına görə sözügedən məktəb direktorunun diplomu saxtadır.O da iddia edilir ki, Ceyhun Cahangirov zamanında təhsil aldığı Gəncə Dövlət Universitetindən tam təhsilini başa vurmamış xaric edilib. Goranboy rayonun Quşçu kənd sakinləri Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə,Tehsil Naziri Emin Əmirullayev cənablarına şikayət məktubu ünvanlayıb.
Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:
Möhtərəm cənab Prezident!
Hörmətli Baş prokuror !
Hörmətli Təhsil naziri Emin Əmirullayev!
Biz Goranboy Rayon Quşçular kəndinin sakinləri və Quşçular kənd tam orta məktəbin kollektivi olaraq bildiririk ki, Quşçular kənd tam orta məktəbində son vaxtlar baş verənlərdən bu məktəbdə təhsilə cəlb edilən övladlarımızın taleyini düşünərək sizə müraciət etməyi özümüzə borc bildik. Belə ki, Quşçular tam orta məktəbinin direktoru Cahangirov Ceyhun Vaqif oğlu 5 il bundan əvvəl qonşu Bəşirlli kənd orta məktəbinin diroktoru olaraq kəndimizə məktəb direktoru vəzifəsinə keçirilmişdir. O, vaxtilə Goranboy rayon Təhsil şöbəsinin sabiq müdüri Səxavət Məmmədovun sağ əli olduğundan bu vəzifəyə təyinat almışdır. Əldə etdiyimiz məlumata görə Cahangirov Ceyhun Gəncə Dövlət Universitetindən qovulsada Goranboy Rayon Təhsil sistemindən kənarlaşdırılmayıb.Əksinə başqa yerdən diplom alaraq ali təhsilli pedaqoq kimi fəaliyyətini davam etdirib.O, Bəşirli kəndində özünə ferma yaradıb.Dövlətin balansında olan subartezian quyusunu ələ keçirməklə özünün qazanc mənbəyinə çevirib.Kənd sakinlərinə torpaq sahələrinin suvarılması üçün suyu pulla satır. Biz övladlarımızı məktəbə buraxmaq istəmirik.Məktəbdə özbaşınalıq, intizamsızlıq dərs saatlarının bölünməsində neqativ hallar mövcuddur. Belə ki, qeyri pedaqoji ixtisas sahiblərinin məktəbdə yerləşdirilməsi maliyyə pozuntuluğuna yol verilməsi halları baş alıb gedir. Təlim- tərbiyə işləri günün tələblərinə cavab vermir. Dövlət proqramlarına əməl olunmur. Məktəb direktoru müqəddəs təhsil ocağını əxlaqsızlıq yuvasına çevirib. Hər gün sərxoş vəziyyətdə olur.Bu direktoru tapmaq üçün Dəliməmmədli Şəhərində yerləşən kafe və restoranlara baş vurmaq lazım gəlir. Ancaq təhsil müəsissəsini məktəb zavuçu, təşkilatçı muavini və hərbi rəhbəri əlbir olaraq istədikləri kimi idarə edirlər.Goranboy rayon təhsil şöbəsinə yeni təyin edilən müdür Seymur Nazarovun da bu deyilənlərdən xəbəri olsada səsimizə səsə vermir .Əksinə direktorun tərəfini saxlayır. Saxta diplomlu direktor bahalı minik avtomobililərinə məxsus olmaqla yanaşı həm də bizneslə məşğuldur.Hazırda 6 “TIR” maşına xurma vuraraq Rusiyaya federasiyasına göndərib.Goranboyda yeganə direktordur ki, hazırda istfadəsində 100 hektardan artıq torpaq sahəsi var.Hətta oğluna saxta xəstəlik yazdırmaqla 2 ildir ki, hərbi xidmətdən də yayındırıb. Cahangirov Ceyhun Vaqif oğlu hər yerdə bəyan edir ki, mən Goranboydan deputat seçilən Anar Məmədovun adamıyam. Heç kimin mənə gücü çatmaz. Direktorun davranışları çox kobud və qabadır. Məktəbdə özünü şah hesab edir. Nəticədə övladlarımız bədbəxt olur. Odur ki xaiş edirik məktəbdə höküm sürən halların yoxlanılması və araşdırılması üçün komissiya yaradlıb yoxlanılsın .
Redaksiya olaraq inanırıq ki, Goranboy təhsilində yaranmış problemlə bağlı yeni Təhsil naziri Emin Əmrullayev ciddi şəkildə ölçü götürəcək və saxta diplomlu direktor barəsində səsləndirlən iddiaları öz nəzarətinə götürəcək …!
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də söz haqqını tanıyırıq.
Hörmətlə,
Qurbanov Rövşən Maxsud oğlu
Mmədov Əli Məmməd oölu
Məmmədova Sevinc Azər qızı
Quliyev Xəqani Yaqub oölu
Paçayev Samir Vahid oğlu
Allahverdiyeva Aynurə Alim qızı
İsmayılov Qənimə Məhəmməd qızı
***
Səsləndirilən iddialarla bağlı qarşı tərəfində söz haqqını tanıyırıq.
Dünyanınsəsi.Az
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024