Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (1-11-2021, 13:34)
Kamal Abdullanı narahat edən nədir?

Möhtərəm akademiklər – İsa Həbibbəyli və Kamal Abdullayev! Güc aldığınız Ramiz Mehdiyev– Əli Həsənov cütlüyündən və ikincinin həyat yoldaşının birbaşa dəstəyindən faydalanaraq himayə etdiyiniz “qoçular” və zərərli akademşəbəkənin digər üzvləri ilə birgə nə qədər çalışsanız da, haqqımı çalsanız da, məni doğru yolumdan sapdıra bilmədiniz və bilməyəcəksiniz də!
7 ildir ki, “Balıq başdan iylənər” nəğmələri ilə baş piyləyir, bütün pisliklərin ünvanı olaraq ölkənin birinci şəxsini – ölkə Prezidentini nişan verirsiniz. Bütün şüurlu həyatınızı müşayiət edən məddahlıq, saxtakarlıq, yalan, aladatma, büdcəgirlik və cibgirlik ölkəni iqtisadi-siyasi və sosial-mənəvi dalana dirəyib. Vətənini, dövlətini, millətini sözün həqiqi mənasında ürəkdən sevən yüzlərlə gənci bu davranışlarınızla ölkədən didərgin salmısınız! Ar olsun!

7 ildir ki, çalışdığım institutda mənə sitəm edirsiniz. Dövlətin elm potensialını şikəst etmiş idbar şəbəkənizə məni də qoşmaq istəyirsiniz, alınmır. Təəssüf edirəm ki, qəddarlığınız, talançılığınız, görməmişliyiniz, alim adına ləkə olan davranışınız üzündən bu məşəqqətləri məsum uşaqlarım və mənim kimi digərlərinin övladları da yaşayır. Heyhat! Zərrə qədər vicdan deyilən şey görmədim sizdə. Sizə çox yaxından bələd olan və xasiyyətinizi bilən biri kimi deyirəm ki, siz ölkə üçün təhlükə mənbəyisiniz, mənəvi tənəzzülün özüsünüz!

Möhtərəm Kamal Abdullayev! Sizin himayədarlıq etdiyiniz və havadarı olduğunuz, qoçu qismində onun-bunun üstünə göndərdiyiniz Elçin İbrahimova 3 vəzifə, 4 kabinet verməyinizlə hansı müqəddər nümunəni göstərmək istəyirsiniz? İşsiz qalıb bir parça çörəyə möhtac şəhid-qazi ailəsinəmi, yoxsa Vətənə igidlər böyüdən ləyaqətli ailələrəmi? O namuslu Azərbaycan ailələrindən sizin nəyiniz artıqdır axı? Rektoru olduğunuz universitetə öz dostlarınızı, qohumlarınızı yığıb 2-3 vəzifə verirsiniz. Guya mütəəssib yerlibazsınız? Məncə, bu müzlim taktika köhnəlib. Bu dağıdıcı davranışlarla kimə göz dağı verirsiniz? Maddi imkansızlıqdan intihar edən vətən oğluna, ya qızınamı? Siz necə yazıçısınız ki, mənsub olduğunuz xalqın məşəqqətli həyatı vecinizə deyil?! Elə ona görə də düz edib bir dənə kitabınızın üzünə baxmamışam, bundan sonra heç baxmaram da, haşa!
Milyonların üstündə oturub qələmi boşuna çalmağınızın fərqində deyilsiniz. Bir misal deyim: Ayına 3000– 5000 (3 min-5 min) manat maaş alan, əlavə yüz minlərlə qranta ortaqlıq edən bir institutun direktoru Möhsün Nağısoyluya, yaxud eyni maddi bolluq içində üzən başqa bir institiutun direktoru Muxtar İmanova və yaxud vaxtaşırı “razborkalar”a göndərdiyiniz “cangüdən” Elçin İbrahimova sırf şəxsi və şəbəkə marağı naminə Dillər Universitetində 2-ci, 3-cü , 4-cü işi, vəzifəni vermək, hətta sonuncuya 4 kabinet ərməğan etməyin açması nədir?
Ümumiyyətlə, dövlətə xidmətin nə olduğunu bilirsinizmi? Təbii ki, dostunuz və silahdaşınız sabiq şöbə müdiri Əli Həsənov da sanırdı ki, dövlətə xidmət edir. Dərd odur ki, siz özünə xidmətlə dövlətə xidmətin yerini əbədiyyən səhv salmısınız!
Baxın: şəhid anası göz yaşı tökür, yer-göy qan ağlayır, maddi imkansızlıq qazini intihara sövq edir, həmvətənlərimiz ehtiyac üzündən düşmənə möhtac olur və hamısı ölkə Prezidentindən imdad diləyir, nalə çəkirlər. Amma əli pulla, var-dövlətlə oynayan, funksional mədhiyyə mexanizmi yaratmaqla ecazkar fənd işlədən AKADEMİKLƏR (!!!) İsa Həbibbəyli, Kamal Abdullayev və digər akademşəbəkə üzvləri şəxsi intriqalara girişir, dövlət malını şəxsi mal kimi dostlarına paylayır, quldarlığın, feodalizmin təfəkkür tərzini canlandırıb orta əsrlərin eyforiyasına qapılır, əl öpdürür, səcdə etdirirlər. Əllərinin altındakı Azərbaycan övladlarının – doğma balalarımızın həyasını, təcrübəsizliyini, məsumluğunu, ədəb-ərkanını istismar edərək onları yazıq, çarəsiz və asılı duruma salır, ağa – nökər münasibətləri formalaşdırırlar, ölkənin problemlərini veclərinə də almırlar.
Özlərinin gələcək məddahları qismində bəzi iradəsi zəif, istedadlı rüstəmləri, ismayılları, əliləri, vəliləri, xədicələri, kübraları və s. seçir, onların təhqirə, alçalmağa dözüm qabiliyyətini yoxladıqdan sonra titullandırırlar. Ləyaqətsizlik süzgəcindən keçirilən həmin professorlar başlayırlar ağalarının nəverim əsərlərini o ki var mədh etməyə. Bəziləri o qədər ilahiləşdirirlər ki, akademik titullu həmin şəxs səmalarda uçur, özünün, doğrudan da, savadlı, hörmətəlayiq, dahi şəxsiyyət olmasına inanır. “Hz.Yusif” filmindəki kimi amonlaşır və tipik büdcəgirə çevrilir.
Belələrini Vətənin, dövlətin, xalqın dərdi maraqlandırarmı? Əsla! Sözdə, əlbəttə, istənilən qədər vətənpərvər, sadiq, dürüst ola bilərlər. Bir sözlə, akademizm-alimizm şəbəkəsi bir kabusa çevrilib Vətənimizi təhdid edir, daha doğrusu, cəmiyyəti mənən çökdürür.
PS. Azərbaycan Dillər Universitetinin italyan dili müəllimi, şöbəmizin elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Günel Bayramova ilə birlikdə Vatikan kitabxanasında əlyazma şəklində saxlanılan “Azərbaycan dilinin orijinal qrammatikası”nı (Bakı: Zərdabi Nəşr MMC, 2020. – 1096 səh.) 400 ildən sonra 2020-ci ildə müfəssəl şərhlərlə italyan dilindən Azərbaycan dilinə tərcümə etdik. Azərbaycan dilinin Səfəvilər İmperiyasında üstün mövqeyini, onun Orta Asiya və Yaxın Şərqdə zəruri beynəlxalq ünsiyyət vasitəsi olmasını sübut edən bu əvəzsiz milli-mədəni abidənin canlandırılmasına, siz də digər akademik dostlarınız kimi susqun yanaşdınız, möhtərəm Kamal Abdullayev! 400 il bundan əvvəl italyan dilində tarixin arxivində az qala unudulmuş, milli tariximizin sübutu və dövlət atributumuz olan Ana dilimizin orijinal qrammatikasına qarşı bu dərəcədə saymamazlıq göstərdiyiniz halda, şəxsi marağınızla bağlı bir nöqsanı deyən kimi kitabın həmmüəllifini çağırır, təhdid edir, hətta onun vasitəsilə mənə tam yersiz olaraq ismarışlar da yolayırsınız. Üstəgəl, məni haqqımı təkrar-təkrar tələb etməkdə suçlayırsınız. Siz məndən fərqli olaraq nələr etmisiniz ki, bu qədər bolluq, eyş-işrət içində yaşayırsınız və haradandır o qədər maddi imkanlarınız? Mənim doğal haqqımı tələb etməyim sizi niyə bu qədər qıcıqlandırır? Çünki ehtiyacın nə olduğunu bilmirsiniz!

Siz deyin, görək, ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon vəsaitdən dahi Kazımbəyin və Pietro della Vallenin nəşrinə heçmi pay düşmürdü? Öznüz belə bir fundamental iş görsəydiniz, dünyanı dağıdardınız. Məgər görmürük ki, nələr edirsiniz? Pulunuz o qədər çoxdur ki, silahdaşınız Əli Həsənovun həyat yoldaşı və rektoru olduğunuz universitetə müəllim götürdüyünüz Sona Vəliyeva kimi siz də məna və məzmun kəsb etməyən əsərlərinizi ən müxtəlif dillərə tərcümə etdirib az qalırsınız daxili auditoriyanı cəzalandırasınız ki, sizin əsərlərinizi niyə oxumurlar? Oxumurlar, lap yaxşı. Onsuz da, kxmerlər oxuyub savadlanırlar, hələ finləri demirəm. Halbuki Ana dilimizin ilk elmi qrammatikasını canlandıran həmvətəninizi vicdan əzabı çəkmədən, acımadan çörəklə sınağa çəkirsiniz. Bu dərəcədə paxıl və qısqanc akademik-alimi ola bilməz. Deməli, sünidirlər.

Möhtərəm Kamal Abdullayev, bəs o 2 milyon hanı? Axı o pulları Prezident həm də Ana dilinin qrammatikasına dair dünya kitabxanalarının arxivində saxalanan abidələrin dirçəldilməsi üçün ayırmışdı, hərçənd ki, 24.01.2018-ci ildə qoçu qismində Dilçilik İnstitutunun elmi şurasına göndərdiyiniz və qızğın havadarı olduğunuz Elçin İbrahimov Sərəncama müvafiq gördüyüm işi cahilanə yamanlamış, əvəzinizdən qısqanclıq və əsəb ifadə etmişdir. Həmin ssenariləşdirilmiş elmi şuradan sonra sizin onu mükafatlandırmağınız və bir neçə vəzifə verib irəli çəkməyiniz məkrli niyyətlərinizi bir daha ortaya qoyur. Bax, buna görə də, akademik vəziyyətimiz acınacaqlı və təhlükəlidir, çünki bunların timsalında şəbəkə marağı dövlət mafraqlarını üstələyib!

Pietro della Vallenin “Azərbaycan dilinin orijinal qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası – ismarışınızdan göründüyü kimi – sizi bərk qısqandırıb və qəzəbləndirib. Gerçəyi qəbul etmək istəmirsiniz, fəqət etmək zorundasınız! Mənim dil bilgilərimə gəlincə, ictimaiyyət qarşısında maraqlandığınız dillərdən, xüsusən, fransız, ərəb, italyan və latın dillərindən necə istifadə etməyimin metodologiyasını sizə izah edərəm. Təbii ki, istəsəniz. İsmarışınızda dediyiniz kimi, “elmi kişilik”lə!
PS 2. Onu da qeyd edim ki, dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib israf edən, saxta kitablara müəlliflik, redaktorluq, baş rdedaktorluq, sədrlik edən və beləliklə, elmi mühiti murdarlayınb intriqa yuvasına çevirən istənilən alimin “elmi kişiliyi” yalnız nakişilik ola bilər!
İdris ABBASOV,
Filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsiniun müdiri
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024