Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (18-10-2021, 11:12)
Bakı Təhsil İdarəsində “müsahibə oyunu”


 





Bakı şəhər Təhsil İdarəsi direktor və direktor müavini üzrə qəbul imtahanlarını oyuncağa çevirib. Reportyor.info xəbər verir ki, komissiya üzvləri elə hoqqalar çıxarır, kimsə imtahandan keçə bilmir. Bu günlərdə direktor müavinliyinə imtahan verən Xalid Nəsirov deyir ki, Bakı şəhər Təhsil İdarəsinin müsahibə götürən komissiyasının üzvlərini elə özlərini yoxlamaq lazımdır.
Çünki komissiya hələ müsahibə suallarını kənar verməkdən əlavə sual vermək ardıcıllığını belə bilmir. Belə ki, komissiyanın üzvlərindən biri sualı bitirməmiş digəri sual verir.
X.Nəsirov bildirir ki, 7 komissiya üzvü müsahibədən keçməyə imkan vermirlər: “Hələ qeyd etdiyim kimi sualların müavinliyə heç bir aidiyyatı yoxdur. Sizin imtahanınız şəffaf olmayıb, qaldı ki müsahibə…
Deməli, imtahan 5-6 seans oldu, imtahandan çıxanlar tanışlarına sualları göndərdilər, onlar da əziyyət çəkib imtahana hazırlaşanların haqqını aldılar.
Müsabiqənin test mərhələsində 25 baldan yuxarı nəticə göstərən və birinci müsahibə mərhələsində iştirak etməyən namizədlərlə əlaqə saxlanaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.
Baxın bu komissiya əvvəl keçid balını 28 etmişdi. Keçid balını keçən 164 nəfərdən 77 nəfəri müsahibədən keçməli idilər. Çünki yer 77 ayrılıb. Buna görə yüksək bal toplayanları yersiz suallarla kəsməli idilər. İndi əlavə yerlər yarandı, keçid balını endirib 25 etdilər. Deməli, sizə savadlı kadr lazım deyil”.
X.Nəsirovun sözlərinə görə, təhsil naziri Emin Əmrullayev bilməlidir ki, kişi müəllimlərin sayınının az olmasının bir səbəbi də belə haqsızlıqların olmasıdır: “Bu ölkədə bir imtahan keçirən qurum var, o da Dövlət İmtahan Mərkəzidir. Əgər bacara bilmirsiniz, bütün imtahanları bu quruma verin”.
X.Nəsirov qeyd edib ki, Bakı şəhərində yaşayır, 122 nömrəli məktəbdə işləyir: “Müsahibədə komissiyanin 7 üzvü var idi. Onların biri sualını bitirməmiş o birisi sual verirdi.
Və suallardan bəziləri: Niyə burdasız? Məktəbdə müəllimlərin dərs saatlarının bölgüsü sizə tapşırılsa dərs bölgüsünü necə təşkil edərsiz? Bu suallar direktora aiddir. Çoxlu suallar oldu, təbii ki, bəzilərinə cavab da verdim. Əksəriyyətinin müavinliyə aidiyyətı yox idi.
Və cavab verə bilməyəndə müsahibə götürən komissiyanın bir yaşlı üzvü heç nə, sıfır deməklə, müəllimi sanki aşağılamaq məqsədini açıq-aşkar bildirirdi. Bununla onlar yer sayına görə bizləri kəsdilər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024