Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-08-2022, 10:12)
Ermənilər birdən Laçından çıxmaq istəməsələr... - GƏLİŞMƏ

 Laçın şəhəri və Zabux kəndində işğaldan sonra məskunlaşmış ermənilər torpaqlarımızı boşaltmağa başlayıblar. Ermənistan mediasının məlumatına görə, separatçı Hayk Xanumyan onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib. Ermənilər bildiriblər ki, Laçın dəhlizi avqustun sonunda Azərbaycana təhvil veriləcəyi üçün bu ərazilər boşaldılır.

Qeyd olunub ki, Laçın dəhlizinə alternativ yeni yolda işlər yekunlaşmaq üzrədir. Tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur. Ermənistan bir neçə istiqamətdə hərbi-siyasi gündəm yaratmaqla üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsini gecikdirməyə çalışsa da, rəsmi Bakı İrəvanı buna məcbur edir. Ermənilərin etirazına baxmayaraq, köç prosesinə start verilib. Laçının Zabux kəndini tərk edən ermənilər özləri ilə apara bilmədikləri əşyaları, hətta evləri belə yandırırlar. Eyni hal Kəlbəcərdə də təkrarlanmışdı. Ermənilər Laçın işğal olunduqdan sonra azərbaycanlıların evlərinə yerləşiblər. Çıxarkən o evləri yandırmaq erməni əxlaqsızlığından başqa bir şey deyil.Mediatv.az-ın məlumatına görə, politoloq Elçin Xalidbəyli “Şərq”ə bildirib ki, Xankəndi və ətraf bölgədə cərəyan edən proseslər tamamilə rəsmi Bakının siyasi iradəsindən asılı vəziyyətdədir. Analitikin sözlərinə görə, “Qisas” antiterror əməliyyatından sonra rəsmi Bakı öz geopolitik iradəsini Ermənistana, erməni separatçılarına, o cümlədən Cənubi Qafqazda maraqları olan supergüclərə qəbul etdirib:

“İndi hamı anlayır ki, rəsmi Bakının tələb-şərtlərini yerinə yetirmək lazımdır. Əks halda Azərbaycan Ordusu hərəkətə gətiriləcək və bütün məsələlər hərbi güc müstəvisində yerinə yetiriləcək.
Təbii ki, bu prosesdə Azərbaycanın əli güclüdür. Rəsmi Bakı beynəlxalq hüquq normalarına istinad edir. Bakının bütün addımları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində atılır. Digər tərəfdən, 10 noyabr üçtərəfli anlaşması mövcuddur. Rəsmi Bakının atdığı addımlar da, irəli sürdüyü tələblər də məhz həmin anlaşmadan qaynaqlanır. Rəsmi İrəvan indiyə qədər 10 noyabr üçtərəfli anlaşmasını pozmağa çalışırdı. Ən azından bu sənədlə öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa cəhd göstərirdi. Ancaq “Qisas” antiterror əməliyyatından sonra Ermənistanın bu pozuculuq fəaliyyətini davam etdirmək şansları artıq qalmayıb. Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin xoşluqla yerinə yetirmək istəmədiyi üçtərəfli anlaşmanı ordunun gücü ilə reallaşdıracağının açıq mesajını verdi. Üstəlik, rəsmi Bakı Laçın dəhlizinə alternativ yoldan istifadə etmək üçün Ermənistana konkret vaxt təyin etdi. Həmin vaxta qədər rəsmi İrəvan alternativ yoldan istifadə üçün bütün zəruri hazırlığı yerinə yetirməlidir. Eyni zamanda, həmin müddətə qədər Laçın şəhəri və dəhlizin üzərindəki digər ərazilər tamamilə boşaldılıb, Azərbaycan Ordusuna təhvil verilməlidir”.

Siyasi şərhçinin fikrincə, bu, qaçılmazdır və Ermənistan istənilən halda, rəsmi Bakının bu tələbini mütləq yerinə yetirməli olacaq:

“Rəsmi Bakı bu məsələni Paşinyan hakimiyyəti ilə müzakirə belə etmir. Sadəcə, Ermənistanı buna məcbur vəziyyətə salıb. Yəqin ki, bu ayın sonlarına doğru Laçın dəhlizinə alternativ yol fəaliyyətə başlayacaq. Heç şübhəsiz ki, dəhlizin üzərindəki ərazilər, o cümlədən də Laçın şəhəri tamamilə boşaldılaraq, Azərbaycanın hərbi-siyasi dairələrinə təhvil veriləcək. Hətta Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri də Laçın dəhlizindən çəkilməyə və alternativ yol üzərində yeni nəzarət-buraxılış məntəqələri qurmağa başlayıblar. Bu isə o deməkdir ki, Rusiya da rəsmi Bakının siyasi iradəsini artıq qəbul edib. Ermənistanın da bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb.
Ancaq rəsmi Bakının qarşıya qoyduğu hədəflər yalnız Laçın dəhlizinə alternativ yolun işə salınması ilə məhdudlaşmır. Böyük ehtimalla buna paralel olaraq, rəsmi Bakı Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılmasına da nail olacaq. Eyni zamanda, Xankəndi və ətraf bölgədəki silahlı erməni separatçı-terrorçu dəstələri də Azərbaycan ərazilərindən çıxarılacaq. Əks halda, Azərbaycan Ordusunun növbəti antiterror əməliyyatı ilə erməni terrorçular məhv ediləcək”.

Ekspert vurğulayıb ki, Rusiya sülhməramlıları da artıq erməni terrorçuları müdafiə edə bilmir:

“Rəsmi Bakı rus sülhməramlılara əhəmiyyət vermədən antiterror əməliyyatı keçirmək qətiyyətini artıq sübuta yetirib. Rusiya sülhməramlı qüvvələrin komandanlığının da erməni separatçılara onları müdafiə etmək səlahiyyətlərinə və imkanlarına malik olmadıqlarını bildirib.

Bütün bunlar onu göstərir ki, Xankəndi və ətraf bölgədə erməni separatizminin artıq sonu yaxınlaşıb. Hətta ehtimal etmək olar ki, bu proses təxminən 44 günlük savaşın yaxınlaşan növbəti ildönümünə qədər yekunlaşa bilər.

Sonrakı mərhələ yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına, yekun sülh sazişinin hazırlanıb, imzalanmasına indeksləşdiriləcək”.шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024