Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-08-2022, 10:00)
Laçın dəhlizinin alternativ yola köçürülməsi Rusiya ilə razılaşdırılıb

 Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub.

Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlətimizin başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Ölkə rəhbəri bəyan edib ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb. Qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlət başçısı 2 ilə yaxın müddətdə Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır. Prezident üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, işlər bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb. Telefon söhbəti zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər barədə müzakirələr aparılıb.

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbətində iki məqamı xüsusi vurğulayıb. Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır:

“Bu, Bakının erməni ordusunun qalıqlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” adı ilə fəaliyyət göstərən terror qruplarının da tərkisilah edilməsi tələbindən çıxış etdiyi deməkdir. Laçın dəhlizinə alternativ yolun inşasının və tikinti işləri başa çatandan sonra sülhməramlıların bu yola dislokasiya olunacağının Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılmasıdır. Laçın dəhlizinin alternativ yola köçürülməsinə qarşı çıxan rəsmi İrəvan bunu “üçtərəfli bəyanata əsasən Ermənistan alternativ yolun tikintisinə dair heç bir plana razılıq verməyib” iddiası ilə əsaslandırır. Dövlət başçısı İlham Əliyev Mişel vasitəsilə İrəvana mesaj verir ki, məsələ Rusiya ilə razılaşdırılıb. Bu məsələdə Ermənistana heç bir pay düşmür. Azərbaycan öz ərazisində hansısa addımını Ermənistanla razılaşdırmamalıdır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024