Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-07-2022, 14:10)
Prezident xanımı ilə Bakıdakı doğum evində yaradılan şəraitlə tanış olub - Fotolar

Prezident xanımı ilə Bakıdakı doğum evində yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Mediatv.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Məlumat verildi ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var. Tibb ocağında 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyindədir.

 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024