Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-07-2022, 14:19)
Rəsmi Ankara topu dolayı yolla Bakının üzərinə atır - NƏ BAŞ VERİR?

 44 günlük müharibə sonrası rəsmi Vaşinqtonun Cənubi Qafqaza daha dəqiq desək, Azərbaycan və Ermənistana diqqəti xeyli dərəcədə artıb. Bu marağın artmasında davam edən Rusiya-Ukrayna müharibəsinin payı az deyil. ABŞ-ın indiki məqamda həm Ermənistan, həm də Azərbaycana dair fərqli maraqlarının olduğu dövlət katibi Entoni Blinkenin ölkə başçısı İlham Əliyev və Baş nazir Nikol Paşinyanla telefon söhbətində toxunduğu məqamlardan hiss olunur. Ermənistan tərəfi Blinkenin Paşinyanla telefon danışığı zamanı əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etdiyini açıqlayıb.

Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı isə əsasən bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən danışıb. Eyni zamanda ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyi göstərməyə hazır olması kimi məsələlər müzakirə edilib. Yəni ABŞ indiki məqamda Ermənistanla təmasları əsasən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində, Azərbaycan ilə isə Avropanın enerji təminatı kontekstində formalaşdırır.

Siyasi şərhçi Turan Rzayevin fikrincə, ABŞ hazırda çalışır ki, Ermənistan Kremlin orbitindən xilas olub Qərbə inteqrasiya etsin. Bunun üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ən önəmli şərtdir:

“Prinsip etibarilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi İrəvan razıdır. Türkiyəyə gəldikdə isə rəsmi Ankara topu dolayı yolla Bakının üzərinə atır. Misal üçün, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında bu məsələ ilə bağlı qeyd etdi ki, “Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik”. Göründüyü kimi, rəsmi Ankara bu məsələdə ənənəvi olaraq Azərbaycanın maraqlarından çıxış edir. Bununla belə Ərdoğanın “Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağıq” deməsi sərhədlərin açılmasında Ankaranın da maraqlı olmasından xəbər verir”.

Ekspertə görə, Vaşinqton bu mövzuda imitasiya edir:

“ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğu ifadə edildi. Hesab edirəm ki, rəsmi Vaşinqtonun bu məsələdə dəstəyi sadəcə iki ölkə münasibətlərinin normallaşması kontekstindədir. ABŞ üçün iki ölkə arasında gərginliyin bitməsi, münasibətlərin normallaşması vacibdir. Bunun xaricindəki məsələlər, Zəngəzur dəhlizinin açılması Vaşinqtonun maraq dairəsində deyil.

ABŞ bu məsələyə “nəqliyyat bağlantılarının və kommunikasiyaların açılması” kimi yanaşaraq imitasiya edir. Yəni o, nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasını istəyir, lakin bunun bir dəhliz halında olmasını istəmir. İkincisi, söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti qeyd olundu. Aydındır ki, ABŞ və Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir. Bu istiqamətdə alternativ ölkələr ilə təmaslar intensivləşib. Azərbaycan da həmin alternativ ölkələr sırasındadır.

Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da mahiyyət etibarilə buna xidmət edəcək. Rəsmi Vaşinqton, hətta mövcud boru kəmərlərinin həcmini artırmaq, yeni layihələrin ərsəyə gəlməsi üçün investisiya maliyyə dəstəyi də təmin edə bilər”.шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024