Siyasət / Karusel (8-01-2015, 10:05)
Müxalifət Amerikaya ümid etsinmi?
Elxan Şahinoğlu: “Hansısa yüksək rütbəli ABŞ rəsmisinin dilindən Azərbaycan iqtidarına qarşı sanksiya tətbiqi barədə fikir səslənməyib”
Azərbaycanda ABŞ-ın siyasi maraqlarına xidmət edən bir neçə beynəlxalq siyasi təşkilatın fəaliyyətinin dayandırılması, ABŞ-dan Azərbaycan iqtidarına qarşı sanksiyaların tətbiqi məsələsinin son vaxtlar qaldırılması ölkəmizdə bəzi müxalif qüvvələrin təbliğatında əsas yer tutmaqdadır. Xüsusilə də AXCP və Milli Şuraya yaxın media orqanlarında hakimiyyətə qarşı piar ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsi üzərində qurulub.
“Vaşinqton Azərbaycanda iqtidarı dəyişəcək” tipli təbliğat yenidən cəmiyyətə təlqin edilməkdədir. Halbuki indiyə qədər bu cür təbliğatın, cəmiyyəti demokratiyanın ölkəmizə kənardan gətiriləcəyinə kökləməyin sonda böyük xəyal qırıqlığı ilə nəticələndiyi təcrübəsi dəfələrlə olub. Siyasi ekspertlər hesab edir ki, 2015-ci ildə parlament seçkilərinə bəzi qüvvələr yenə də əvvəlki illərdəki təbliğatla gedəcəksə, sonda xəyal qırıqlığı, məğlubiyyət ehtimalı böyükdür.
ABŞ-Azərbaycan münasibətləri barədə danışan tanınmış siyasi şərhçi Elxan Şahinoğlu isə bildirdi ki, ABŞ-da Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar təklif və tələbi ilə çıxış edənlər çox azdır. QHT rəhbəri Devid Kramer, sabiq səfir Riçard Kozlariç, bir neçə konqresmen əsasən bu mövqedən çıxış etməkdədirlər. Lakin hansısa yüksək rütbəli ABŞ rəsmisinin dilindən Azərbaycan iqtidarına qarşı sanksiya tətbiqi barədə fikir səslənməyib: “Diqqət etdikdə görürük ki, əslində vəziyyət heç də Azərbaycanda bir sıra hakimiyyət təmsilçilərinin isterik açıqlamalarına, bəzi media orqanlarının və siyasətçilərin təbliğatına adekvat deyil. Azərbaycanda prezident və xarici işlər naziri səviyyəsində Amerikanın əleyhinə fikirlər işlədilməməsinə də diqqət etmək gərəkdir. Beləliklə, prosesləri diqqətlə izlədikdə görürük ki, ABŞ-Azərbaycan münasibətlərinin ciddi şəkildə gərginləşdiyi və bunun hətta Azərbaycan iqtidarının dəyişməsinə səbəb ola biləcəyi barədə fikirlər, proqnozlar şişirdilib.
Ona görə də siyasi qüvvələrin 2015-ci il parlament seçkilərində də fəaliyyətlərini ABŞ-Azərbaycan iqtidarı münasibətlərindəki soyuqluğa kökləyərək qurması uğurlu taktika deyil".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə isə modern.az-a bildirib ki, Azərbaycan və ABŞ arasındakı münasibətlərdə indiki məqamda heç bir gərginlik yoxdur: “Əslində ABŞ-la Azərbaycan tərəfdaş ölkələrdir. Hər iki dövlət bir çox sahədə sıx əməkdaşlıq edir. Xüsusilə təhlükəsizlik, terrorla mübarizə və enerji sahəsində ciddi əməkdaşlıq var”.
Asim Mollazadə hesab edir ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekutanın Bakıda fəaliyyətə başlaması iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Deputat deyib ki, Bakı və Vaşinqton arasında qarşılıqlı anlaşma imkanları da yaranacaq.
Komitə üzvü Azərbaycanla ABŞ arasında bəzi sahələrdə fikir ayrılıqlarının yaranması məsələlərinə də toxunub: “Bəzi sahələrdə ABŞ-la Azərbaycan arasında ortaq mövqe yoxdur, fərqli baxışlar var. Amma hər iki ölkə yaranan fikir ayrılıqlarına baxmayaraq tərəfdaş ölkələrdir. Ona görə də Azərbaycanla ABŞ arasında hər hansı gərginliyin yaranmasından söhbət gedə bilməz. Bizim münasibətlərimiz böyük potensiala malikdir. Yeni səfirin Bakıda fəaliyyətə başlaması isə bu münasibətlərin inkişafına xidmət edəcək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024