Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-05-2022, 21:16)
“Bölgəmizdə “qaynar” hadisələr baş verir” - GƏLİŞMƏ

 Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəyə səfər edəcək.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak edəcəklər.Mediatv.az-ın məlumatına görə, siyasi şərhçi Turab Rzayev Azərbaycan Prezidentinin Türkiyəyə səfərini “Sherg.az”a şərh edib. O, bildirib ki, son dövrlərdə regionda baş verənlər liderlərin görüşünün vacibliyini artırır:

“Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu artıq “Şuşa Bəyannaməsi” ilə təsdiq edilib və parlament tərəfindən ratifikasiya olunub. İndiki məqamda prezidentlərin görüşü çox böyük əhəmiyyət daşıyır. Bildiyimiz kimi bölgəmizdə çox “qaynar” hadisələr baş verir. Ukrayna müharibəsi, Qafqazda və Mərkəzi Asiyada yaşananlar, Şərqi Avropada Ukrayna müharibəsi səbəbilə baş verənlər, dünyadakı qlobal qıtlıq, Rusiya ilə Qərbin toqquşması və.s. Bunların ardınca yəqin ki, Çinlə Qərbin toqquşuması baş verəcək. Çin özü artıq bilir ki, Rusiyadan sonra növbə ona çatacaq. Amerika Birləşmiş Ştatları və NATO-nun Çinlə bağlı xoş olmayan planları var. Bütün bu qarşıqlıqların içərisində əlbəttə ki, Türkiyə və Azərbaycan vaxtaşırı strateji məsələləri müzakirə etməli, birlikdə bəzi qərarlar verilməlidir. Düşünürəm ki, “Şuşa Bəyannaməsi”nin imzalanması və təsdiqi bizim üçün çox vacibdir”.

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə Türkiyə lideri və Azərbaycan lideri hava limanı açılışını səbəb göstərərək, bu cür müzakirələri davam etdirirlər:

“Hesab edirəm ki, yaranmış görüş fürsətində liderlər bölgənin gələcəyi haqqında danışıqlar aparacaq. Bildiyimiz kimi, bölgəmizi iqtisadi durğunluq və qida zəncirinin pozulması ilə bağlı qida qıtlığı gözləyir. Eyni zamanda digər məhsullarda da lojistik xətlərin pozulması ilə bağlı qıtlıq müşahidə olunacaq.

Zənnimcə, bütün bunlar haqqında müzakirələr aparmaq üçün görüş uğurlu alınacaq”.шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024