Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-12-2014, 22:59)
Siyəzən: Potensial imkanlardan səmərəli istifadə olunur


 

 

«Biz Siyəzənin timsalında Azərbaycanda son illər ərzində gedən inkişafı gördük».

İlham Əliyev

 

Ölkəmizin hər bir bölgəsində müşahidə olunan tərəqqi meylləri Siyəzən rayonunun timsalında da aydın görünür. İki beşillik ərzində icra olunmuş Dövlət proqramları çərçivəsində rayonda əhəmiyyətli işlər görülmüş, o cümlədən infrastrukturun yaradılması, müasir tipli obyektlərin inşası, mövcud obyektlərin müasir standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması yönündə tədbirlər həyata keçirilmişdir. Son illər rayonda əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması xüsusi diqqət mərkəzində saxlanılmışdır.

 Cənab Arif Qasımovun başçılıq etdiyi Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən mövcud problemlər araşdırılaraq müzakirə olunmuş və həlli ilə əlaqədar tədbirlər planı hazırlanaraq onun əsasında gərəkən tədbirlər həyata keçirilmişdir.

2014-cü ilin 9 ayı ərzində rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin və əmək haqlarının artmasına, insanların rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Dövr ərzində 77,8 milyon manat faktiki məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz artıq olmuşdur. Ayrı-ayrı sahələr üzrə ifadə etsək, 63,9 faiz kənd təsərrüfatı, 16,5 faiz ticarət, 10,2 faiz tikinti, 8,1 faiz sənaye, 1,3 faiz nəqliyyat sektorunun həmin artımda payı vardır. Bu artımda qeyri-dövlət sektorunun xüsusi çəkisi 81,3 faiz olmuşdur. İlin 9 ayı ərzində rayonda 293 daimi iş yeri açılmışdır.

«Sənaye ili» elan olunmuş 2014-cü ilin 9 ayı ərzində sənaye profili özəl sektor subyektləri tərəfindən 6 milyon 304,7 min manatlıq məhsul istehsal edilmişdir. Bu gün rayonda sahibkarlar tərəfindən istehsal olunan sənaye məhsulları ümumi istehsalın 59,4 faizini təşkil edir. Sənaye məhsulunun ümumi həcminin 76,5 faizi dövlət mülkiyyətinin, 23,5 faizi isə xüsusi mülkiyyətin payıdır. Əldə olunmuş istehsal məhsulları istehlakçıların ünvanına göndərilmiş və bu gün də həmin məhsulların müəyyən hissəsi hazır vəziyyətdə dəyəri 1 milyon 715,2 min manat olmaqla, anbarlarda öz istehlakçısını gözləyir.

Siyəzən rayonu Azərbaycanın həm də neft hasilatı ilə məşğul olan bölgələrindəndir. İlin əvvəlindən 9 ay ərzində 37,3 min ton neft, 5,6 milyon kubmetr qaz hasil edilmişdir. Həmin məhsulların emal sənayesi də ilin əvvəlindən faktiki qiymətləri 1 milyon 413,7 min manat olan məhsul istehsal edilmişdir.

Rayonda kənd təsərrüfatında üstünlük təşkil edən heyvandarlıq sahəsi, xüsusilə, quşçuluğun dəstəklənməsi bu sahənin inkişafına təkan verib. Mal-qaranın sahibkar və ailə-kəndli təsərrüfatlarında cəmləşməsi rayonda iribuynuzlu mal-qara və davarların baş sayının artmasına zəmin yaradıb.

 

Maliyyə intizamının gücləndirilməsinə yönəlik tədbirlər səmərə verir

Dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Siyəzən rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 

Yol infrastrukturu təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir  

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının başlıca hədəflərindən biri də yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olmuşdur. Prezident İlham Əliyev dövlət proqramlarının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: «Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyildir». Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması üçün konkret tapşırıqlar vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən Siyəzən rayonunun yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.

Rayon ərazisində magistral rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində xeyli iş görülmüşdür. İstismar tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilir, yollarda hərəkət nizamlayıcı nişanlar qoyulmuşdur. Bu işlərin həyata keçirilməsində  Siyəzən Yol İstismar İdarəsinin kollektivinin xidməti danılmazdır. Yolların istismarına nəzarət həmçinin RİH-nin müvafiq şöbələri və ərazi icra nümayəndəlikləri tərəfindən də həyata keçirilmişdir. Şəhər və qəsəbələrdə yollar həmçinin müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

 

Təhsildə ürəkaçan nəticələr əldə olunmuşdur

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prexidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən təhsil islahatı bütün respublikamızda olduğu kimi, Siyəzən rayonunda da uğurla davam etdirilir. 2013-2014-cü dərs ilində Siyəzən rayonunun ümumtəhsil məktəblərində 5681 nəfər şagird təhsil almışdır, onların təlim-tərbiyəsi ilə 712 nəfər müəllim məşğul olmuşdur. 2014-cü ildə 10 nəfər gənc müəllim Təhsil Nazirliyində imtahan verərək rayonun müxtəlif məktəblərində öz ixtisasları üzrə işləmək hüququ qazanmışdır.

Buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq Prezidentin göstərişi ilə bütün IX və XI sinif məzunlarına - təhsil sənədləri  - ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat verilmişdir. XI sinfi bitirmiş 365 nəfər məzundan 249 nəfəri qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 114 nəfəri ali məktəblərə daxil olmuşdur. Bundan əlavə, 3 nəfər hərbi yönümlü ali təhsil ocaqlarının, 2 nəfər isə xarici ölkələrin ali məktəblərinin tələbələri olmuşlar. Əvvəlki illərin məzunlarından 17 nəfər də tələbəlik sevinci yaşayırlar. Tələbə adını qazanmış məzunlardan 25 nəfər 500-dən artıq bal toplamışlar. Onlardan 8 nəfəri - Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdləri Nərgiz Sultanova 667 bal, Əliyar Heydərov 647 bal, Aqşin Babayev 634 bal, Siyəzən şəhər 2 saylı tam orta məktəbin şagirdi Mirzəcan Sultanov 642 bal, Siyəzən şəhər 3 saylı tam orta məktəbin şagirdləri Dünya Niftəliyeva 605 bal, Fərəh Əzizova 602 bal, Siyəzən şəhər 4 saylı tam orta məktəbin şagirdi Hikmət Həmdullayev 64 bal və Zarat kənd tam orta məktəbin şagirdi 635 bal toplayaraq yüksək göstəriciyə nail olmuşlar

 

 

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımkar atılır

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Siyəzən rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Siyəzən rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

2014-cü ilin birinci yarısında əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində  Siyəzən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.

 

Dövlətin mədəniyyət və turizm siyasəti uğurla həyata keçirilir

 

Hələ bu ilin may ayında Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektoru tərəfindən Siyəzən rayonunda mədəniyyət və turizm müəssisələrinin rəhbərləri ilə işçi müşavirə keçirildi. Müşavirə zamanı bu rayonda mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə edilmiş, mədəniyyət ocaqlarının fəaliyyəti təhlil edilmiş, ətraflı fikir mübadiləsi aparılmışdı. Çıxış edənlər təmsil etdikləri müəssisələrin mövcud çətinlikləri barədə məlumat vermiş, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürmüşdülər. Müşavirədə «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası»nın mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi zərurəti xüsusi vurğulanmış, mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası vəziyyəti müzakirə edilmişdi.

Sonrakı aylarda Siyəzən Mədəniyyət və Turizm Şöbəsi və onun strukturuna aid olan müəssisələr öz fəaliyyətlərini məlum müşavirələrdən irəli gələn vəzifələrin icrasına yönəltmişlər.

Xəzərin sahili boyunca yerləşən Siyəzən rayonunda turizm potensialı da güclüdür. Qədim tarixə malik Siyəzəndə Böyük Çin Səddinə oxşar əzəmətli səddin qalıqları, ayrı-ayrı qüllələr, o cümlədən Çıraqqala (V əsr) salamat qalıb. Zarat kəndinin yaxınlığında Xızırzində baba deyilən Beşbarmaq istehkamının xarabaları, Sedan kəndi yaxınlığında isə Dindar qalasına aid olan Qaradundur istehkamının xarabaları vardır. Bundan əlavə, Şıxlar kəndi yaxınlığında XV əsrdə ucaldılmış Şeyx Heydər məqbərəsi və XVIIIəsrdə tikilmiş Pir Xəlil türbəsi yerləşir.

Rayonda xalçaçılıq, ağac üzərində oyma, naxışla bəzəmə, musiqi alətlərinin, metal məmulatların hazırlanması kimi xalq sənətləri yaxşı inkişaf etmişdir. Siyəzən rayon İcra Hakimiyyəti və Mədəniyyət-Turizm Şöbəsi mədəniyyətin və incəsənətin inkişafına dair dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların müvafiq ərazidə icrasını təmin edirlər; tarix mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini lazımi səviyyədə təşkil edirlər.

 

***

 

 

 

Qeyd etməyə dəyər ki, Siyəzən rayonunun uğurlu sosial-iqtisadi göstəricilərinin əldə okunmasında Arif Qasımov faktorunun da böyük rolu olmuşdur. Rayon ictimaiyyətindən həmsöhbət olduğumuz şəxslər də rəhbərlik təcrübəsi, səriştəsi və insanlarla son dərəcə yüksək ünsiyyət mədəniyyəti olan cənab Arif Qasımovla işləməkdən məmnunluq duyduqlarını bildirdilər. Ümid edirik ki, Arif Qasımovun başçılığı altında Siyəzən RİH rayondakı bütün resursları səfərbər edəcək, potensial imkanlardan səmərəli surətdə istifadə edərək, həm rayon sakinlərirnin rifah halını yaxşılaşdıra bıləcək, həm də ölkəmizin çiçəklənməsi, daha da tərəqqi etməsi işinə layiqli töhfələr verəcəklər. Bu yolda onlara uğurlar arzulayırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024