Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-04-2022, 16:49)
“Bu, tarixi xarakterli mühüm sənəddir” - Qırğızıstan Prezidenti

“Bu, tarixi xarakterli mühüm sənəddir”

“Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik”.

Mediatv.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq.

Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”, - deyə Japarov əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024