Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-02-2022, 11:09)
Paşinyanın sərhədlə bağlı təklifi rusların planıdır - NƏ ETMƏLİ?

 “Orduların Azərbaycan-Ermənistan sərhədindən güzgü prinsipi əsasında geri çəkilməsi, demarkasiya və delimitasiya prosesinə başlanılması təklifi Nikol Paşinyandan gəlsə də, zənnimcə, rusların planıdır. Həm də belə məsələnin ortaya çıxması təsadüfi deyil”.
Mediatv.az xəbər verir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

Politoloq xatırladıb ki, indi Azərbaycan işğaldan azad edilən ərazilərdə yeni hərbi hissələr yaradır: “Sözsüz ki, bu hərbi hissələr təchiz ediləcək, onların texniki təminatı həll olunacaq. Bu günə qədər rus kəşfiyyatı orada yaxşı işləyirdi. Çox güman ki, indi ordumuz onlara mane olur. Əslində Paşinyanda o ağıl yoxdur ki, belə məsələlər qaldırsın. Nə oldu, ilyarım susan Paşinyan indi birdən-birə belə təkliflərlə çıxış edir? Deyir, sərhəddə Azərbaycan Ordusu var. Azərbaycan Ordusu başqa harada olmalıdır ki?”.

C. Nuriyev hesab edir ki, Ermənistan Baş nazirinin səsləndirdikləri Rusiyanın planıdır. “Məqsəd sərhədlərimizin zəif olmasını təmin etməkdir. Çünki oradakı ermənilər bizim ordumuzu görür. İşğaldan azad edilən ərazilərimizdə ordumuz yerləşdikcə onların qorxusu daha da artır. Ruslar da çalışır ki, ermənilər oradan qaçmasın. Onların məqsədi ermənilərin həmin ərazilərdə qalmasını təmin etməkdir. Amma bu, bizi maraqlandırmır, biz sərhədlərimizi qorumalı, möhkəmlətməliyik. Buna da əməl edirik. Bunun başqa variantı yoxdur. Hesab edirəm ki, bu düzgün siyasətdir”,- deyə C. Nuriyev əlavə edib.

Professor diqqətə çatdırıb ki, ermənilər zamanında azərbaycanlılara qarşı çox qəddarlıqlar ediblər: “Ermənilər çaqqal xislətindədir. Kimsəsiz görən kimi məhv edirlər. Bunlar zamanında Qərbi Azərbaycanda və Qarabağda qocaları, azyaşlı uşaqları da məhv etməkdən çəkinmədilər. Ruslar da bilirlər ki, ermənilər oradan gedəcəklər. Bu səbəbdən də çalışırlar ki, ermənilər maksimum həmin ərazilərdə qalsınlar”.шаблоны для dle 11.2

Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025