Siyasət (10-02-2022, 14:36)
Ermənistan Azərbaycana avtomobil yolu təklif edir: Təhlükəsizliyə kim zəmanət verəcək? - AKTUAL

Ermənistan Azərbaycana avtomobil əlaqəsinin bərpası ilə bağlı təklif təqdim edib. Təkliflə bağlı Ermənistan tərəfi rəsmi Bakıdan müsbət cavab gözləyir. Məsələ ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycandan müsbət cavab alan kimi onlar avtomobil nəqliyyatı əlaqəsinin bərpası və tikintisi prosesini həyata keçirirəcəklər.
Qarabağda hərbi vəziyyət gərgin ikən və Azərbaycana məxsus yük avtomobilləri qondarma Qarabağ polisinin və Rusiya "sülhməramlı"larının nəzarətindən keçir. Hətta bununla bağlı yaxın zamanlarda videogörüntülər də yayılmışdı. Hərbi gərginliyin davam etdiyi bir zamanda avtomobil yolu və onun təhlükəsizliyi necə təmin olunacaq? Bu yol hansı istiqamətlərdən çəkilə bilər? Yolun təhlükəsizliyinin zəmanəti hansı ölkə tərəfindən veriləcək? Rəsmi Bakı bu təklifi qəbul edəcəkmi? Əgər etsə, Ermənistan tərəfinə hansısa şərtlər qoyacaqmı? Mediatv.az xəbər verir ki, bu və başqa suallarla bağlı Bizimyol.info hərbi ekspert Elxan Şıxəliyevlə söhbətləşib. Hərbi ekspert bildirib ki, Ermənistan tərəfindən belə təkliflərin gəlməsi normaldır. Çünki Azərbaycan-Ermənistan münasibətləri üçtərəfli bəyanatdan sonra yeni müstəviyə keçib:
“Üçtərəfli bəyanatdan sonrakı mərhələdə artıq kommunikasiyaların açılması yönündən araşdırmalar aparılır. Dəmiryolunun açılmasına dair fikir ikitərəfli komissiya tərəfindən konkretləşdirilib. Bizim bildiyimiz Ağdam - Zəngilan - Mehri - Naxçıvan marşrutu üzrə. Amma avtomobil yolunun hansı marşrut üzrə gedəcəyinə bir neçə variant mümkündür. Konkret olaraq hansı istiqamətdən keçəcəyi hələ ki, razılaşdırılmayıb. Təbii ki, bu barədə variantlar var və təklif olunub, amma bunlardan hansı barədə Azərbaycan qərar verəcək, bu, hələ ki, bildirilməyib. Burada iki istiqamət mövcud idi. Birincisi, sovet dövründə salınmış dəmiryolunun keçdiyi əraziyə paralel yol. Bu yol bayaq qeyd etdiyim Ağdam - Zəngilan - Mehri - Naxçıvan marşrutu üzrə salınmış magistral avtomobil yoludur. Həmin yol tunellərdən keçdiyi üçün Ermənistan həmin tunelləri müharibədən sonra partlatmışdılar. Ancaq daha sonra onlar bu yolun avtomobil hissəsinin bərpası barədə bizimlə müzakirə aparmaq istəsələr də, həmin yolun maliyyə yükünün çox olduğunu anladılar. İkincisi isə, Gorus-Qafan istiqamətindən keçmiş Biçənək-Şahbuz-Naxçıvan yolu istiqamətində salınmış avtomobil yoludur. Hətta həmin yoldan sovet dövründə də istifadə olunurdu. Qaldı ki, bu avtomobil yollarının maliyyə vəsaitlərinə, çox güman ki, Ermənistan ərazisindən keçən hissəsinin maliyyə vəsaitini onlar özləri ödəyəcək. Yolun təhlükəsizliyinə isə Rusiya Sərhəd Qoşunlarının nümayəndələri cavab verəcəklər. Eyni zamanda, cənub dəmiryolunun da təhlükəsizliyinin təminatı Rusiya Federal Sərhəd Qoşunlarının nəzarətində olacaq. Çünki indiki mərhələdə Ermənistanın həmin yolun təhlükəsizliyinə təminat verməsi olduqca çətin məsələdir. Həm siyasi, həm də hərbi hakimiyyət bu təhlükəsizlik zəmanətini vermək iqtidarında deyil. Qarabağda baş verən hərbi gərginliklə bu cür kommunikasiya məsələləri olduqca fərqli mövzulardır. Yəni ki, bir problemin mövcud olması, digər addımların həyata keçirilməsinə maneçilik törətməməlidir”,- deyə hərbi ekspert bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025