Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-02-2022, 12:15)
Ən böyük xəbərdarlığı Rusiya sülhməramlılarına etmək lazımdır!

 Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlıları yenidən təxribata əl atıblar. Fevralın 6-da Tərtər rayonunun Qapanlı kəndi erməni separatçıları tərəfindən atəşə məruz qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan olmayıb. Sadəcə, Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə ziyan dəyib.

Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları müşahidə edilib. Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Ekspertlər vurğulayıblar ki, atəşin keçmiş Ağdərə - müharibədən sonra erməni terrorçuların qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini yenidən aktuallaşdırır. "Mediatv.az"-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında deyib ki, Qapanlı kəndinə atəş açılması erməni separatçılarının ilk təxribatı olmadığı kimi sonuncu da olmayacaq. Polkovnik bildirib ki, Rusiya sülhməramlılarına şikayət etməklə erməni quldurlarının özbaşına hərəkətlərinin qarşısı alınmayacaq:

“Özümüzü aldatmayaq. Məsələnin kökləri başqa yerə gedir. Yanvarın 31-də Qarabağdakı qondarma rejimin “başçısı” A.Arutyunyan “sənəd” imzalayıb. Separatçılar həmin “sənəd”dən ruhlanıblar. Guya, 2025-ci ildə “prezident seçkiləri” keçiriləcək, “əldən verilmiş” ərazilər geri alınacaq və s.

Yəni özləri üçün “dövlət” xəyalı qururlar. Ötən gün Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da sərsəmlədi ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”. Separatçılar baş verənləri özləri üçün “bayram” sayırlar, hətta içki məclisi düzəldirlər.

Üstəlik, Azərbaycan tərəfinə atəş açırlar. Əlbəttə, erməni separatçılarının “seçki” və “dövlət” arzusu xam xəyallardır. Reallaşması heç vaxt mümkün olmayan məsələlərdir. 28 ildə heç nəyə nail olmadılarsa, Qarabağda qalmış 3-5 qotur erməninin nəyisə dəyişəcəyi elə sadəcə özlərinin inana biləcəyi utopiyadır”.

Ü.Cəfərov xatırladıb ki, Tərtər müharibə zamanı və sonrakı dövrdə ermənilərin ən yaralı yeri idi:

“44 günlük savaşda Tərtər ermənilər tərəfindən ağır silahlardan, artilleriyadan günlərlə atəşə məruz qaldı. Amma heç kim yerini-yurdunu tərk etmədi, insanlarda panika, qorxu yaranmadı.

Qapanlıya atəş açmaqla orada səs-küy yaradacağına ümid edənlərin də arzuları puç çıxdı. Ermənilərin indiki addımı “milçəyin ürək bulandırması”dır. Lakin Azərbaycan tərəfi belə təxribatlara sərt cavab verməlidir. Rəsmi Bakı torpaqlarımızda yaşanan hadisələrə görə rus sülhməramlılarına məlumat verməməlidir.

Sülhməramlılar özləri üzrxahlıq etməlidirlər ki, nəzarət etdikləri ərazilərdə erməni təxribatı baş verir. Onlar isə qarşısını ala bilmirlər, ya da almaq istəmirlər.

Missiyalarını elə bərbad vəziyyətdə həyata keçirirlər ki, nəzarətsiz qalan erməni quldurları silahdan atəş açırlar. Müdafiə Nazirliyi lazımi addımları atır, amma bir qədər sərtlik nümayiş etdirməliyik. Ən böyük xəbərdarlığı Rusiya sülhməramlılarına etmək lazımdır.

Rusiya Müdafiə Nazirliyi öz saytında hələ Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik nümayiş etdirir. Xankəndini “Stepanakert”, Qarabağı “Dağlıq Qarabağ”, Xocavəndi “Martuni” şəklində yazırlar. Nə qədər ki, 10 noyabr Bəyannaməsinin 4-cü bəndi (erməni silahlılarının qeyd-şərtsiz Qarabağdan çıxarılması –red) yerinə yetirilməyib, erməni təxribatları ilə çox rastlaşacağıq.

Rusiyadan konkret soruşmaq lazımdır ki, onların üçtərəfli sazişin müddəasını icra etmək niyyətləri var, yoxsa yox. Üç aydır bununla bağlı kiçik təşəbbüs belə olmayıb”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025