Siyasət (10-12-2014, 20:22)
"İlham Əliyevlə işləməyə hazırıq" - İsa Qəmbərin qardaşından sensasion açıqlama
"Erməni helikopterinin vurulmasından sonra, prezidentə hörmətim daha da artdı"
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin qardaşı, hazırda Almaniyada yaşayan Rövşən Qəmbər Qarabağı erməni işğalından azad olunması üçün planlarının olduğunu açıqlayıb.
“Mətbuat məni bir qədər gərginliyə salır, yersiz hücumlara məruz qalıram”
Avropa.info xəbər verir ki, R. Qəmbər publika.az-a açıqlamasında müxalifət, eləcə də Müsavatdakı durumdan danışmaq istəmədiyini bildirib. Bunun səbəbi kimi isə sözlərinin yanlışlığa yozulması və ona qarşı yersiz hücumları göstərib: “Mətbuat məni bir qədər gərginliyə salır, nəticədə, yersiz hücumlara məruz qalıram. Mənim əsas istəyim iqtidarla müxalifət arasında körpü olmaqdır. Hesab edirəm ki, bütün Azərbaycan xalqı birləşməlidir. Hansısa partiyaya digər partiyaların inkişaf etməməsi, özünün daha güclü olması sərf edə bilər. Lakin Azərbaycanı güclü görmək istəyiriksə, partiyaların hamısı inkişaf etməli, insanlar öz ətraflarında toplamalı və ictimai rəy yaranmalıdır”.
“Onlar üçün əsas ay aprel ayıdırsa, bizim üçün də may və iyun ayları əsas olmalıdır”
R. Qəmbər Qarabağın azad olunması üçün Azərbaycan tarixində görünməmiş koalisiyanın qurulmasını istədiyini bildirib. Onun sözlərinə görə, bu koalisiyada hakim Yeni Azərbaycan Partiyası, Müsavat, AXCP, Demokrat, Həmrəylik, eləcə də digər bütün partiyalar birləşməlidir: “Ermənilər “soyqırımın” 100 illiyinə hazırlaşanda, biz də Qarabağın azad olunmasına hazırlaşmalıyıq. Onlar üçün əsas ay aprel ayıdırsa, bizim üçün də may və iyun ayları əsas olmalıdır. May ayından başlayaraq iyun ayına qədər torpaqlarımızı azad etməliyik. Bunun üçün də ciddi şəkildə işləməliyik. Mən Dünya Azərbaycanlıları Məclisinin fəaliyyətini genişləndirəcəyəm. Bu iş üçün iqtidar və müxalifət də daxil olmaqla respublikanın bütün resursları ilə danışıqlara getməyə hazıram. İsa bəy də Qarabağ məsələsində iqtidar-müxalifət səngərinin olmadığını bəyan edib. Ukrayna özünü necə müdafiə etdisə, Azərbaycan da Qarabağı azad edə bildiyini bütün dünyaya göstərməlidir. Olimpiya oyunları Bakıda keçiriləcək. Əgər həmin vaxta qədər çatdıra bilməsək, bu oyunlardan sonra hərəkətə keçməli və Qarabağı 2015-ci ildə azad etməliyik. Qoy, ermənilər də “soyqırımı”larını türklərin gözünə soxmasınlar. 100 il öncə onları kiminsə döydüyünü deyirlər, amma özləri 22 il öncə Xocalıda əsl soyqırımı törətdilər”.
“Azərbaycan Rusiya Krıma qədər getdiyi kimi İrəvana qədər irəliləyə bilər”
R. Qəmbər Azərbaycanda iqtidarla müxalifət arasında körpü olmaqla bağlı planlarının olduğunu da deyib.
“Mən ilk növbədə iqtidarla müxalifət arasında körpü rolunu oynamaq istəyirəm. Müxalifətdə də, iqtidarda da ləyaqətli şəxsiyyətlərə böyük hörmətim var. İlham Əliyev Qarabağın azad olunması istiqamətində intensiv siyasət apardığı üçün ona da böyük hörmətim var. Azərbaycan səmasında başqa dövlətin helikopterinin icazəsiz uçuşunun qarşısının qətiyyətlə alınmasından sonra bu hörmət daha da artdı. Çünki heç kimin bizim hava məkanımızı pozmağa haqqı yoxdur və belə olan təqdirdə Azərbaycan raketləri işə düşməlidir. İnanıram ki, intensiv şəkildə məşğul olaraq Qarabağı 6 ay ərzində azad edə bilərik. Bu barədə Minsk qrupuna, Azərbaycan xalqına, eləcə də ermənilərə müraciət etməliyik. Ermənilərə bu işğalın onlar üçün yaxşı heç nə gətirmədiyini başa salmalıyıq. Onlar “soyqırımın” 100 illiyini şişirtməklə bu gün Dağlıq Qarabağda yaşayan ermənilərin həyatlarını çətinləşdirə bilərlər. Onlara müraciət edərək bildirməliyik ki, mehriban münasibətlər qurub Azərbaycan vətəndaşı kimi yaşasınlar. Öz mədəniyyətlərini, dillərini də saxlaya bilərlər. Azərbaycan 5 milyardlıq hərbi büdcəsindən istifadə edərək Rusiya Krıma qədər getdiyi kimi İrəvana qədər irəliləyə bilər. Ermənilər bunu anmalı və bizi buna məcbur etməməlidirlər. Gələcəkdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, güman ki, Belarus da Avropa Birliyinin üzvü olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə ilə sərhədlərə malik olan Ermənistandan mehriban qonşuluq sadə xalq üçün xeyir verə bilər. Düşünürəm ki, erməni xalqı bizimlə razılaşacaq və torpaqların azad olunmasına dəstək verəcək. Biz də may ayının 10-dan iyun ayının 15-nə qədər əvvəlcə Füzulidə, Cəbrayılda, Ağdamda, daha sonra Şuşada bayrağımızı qaldıra bilərik. Onsuz da bu torpaqlarda ermənilər yaşamır. Metyu Brayzanın məlumatına görə, işğal olunmuş torpaqlarda erməni dilində danışan 40 min insan yoxdur. Oradakıların çox Fransaya, Rusiyaya işləməyə gediblər. Orada yaşayanların əksəriyyəti Suriyadan, digər yerlərdən gətirilən ermənilər və kürdlərdir”, — deyə o bildirib.
“Növbəti seçkilərdə Qarabağı azad edən partiyanın liderinə səs verəcəm”
İsa Qəmbərin qardaşı Qarabağın azad olunması üçün iqtidarla, konkret Prezident İlham Əliyevlə işləməyə hazır olduğunu açıqlayıb: “Mən İlham Əliyevlə işləməyə hazıram və Vətənimizi azad etmək üçün əlimizdən gələni etməliyik. Növbəti seçkilərdə Qarabağı azad edən partiyanın liderinə səs verəcəyəm. Lakin müxalifəti heç nə etməməkdə günahlandırmaq da olmaz. Müxalifətin iş görmək üçün əlində resursu yoxdur. Bu gün müxalifət sədrinin postundan gedərək bunu demokratiya adlandırmasını da doğru hesab etmirəm”.
“Arifi çox sevirlər, yaxud başqasını, bu məsələlər zorakılıqla olmur”
Onun fikrincə, demokratiya hər bir müsavatçının beynindəki ideyaları toplayıb xalqın xeyrinə istifadə etməkdir.
“Vəzifəni dəyişmək o qədər də demokratik görünmür. Mən nə müxalifətin, nə də iqtidarın inciməsini istəmirəm. Yenidən kimin qüsuru çoxdur məsələlərinə qayıtmaq mənasızdır. Əsas olan Qarabağdır və bu məsələdə iqtidar da, müxalifət də mənim səngər dostlarımdır. Kimin nə vaxt və nə etdiyi məni az maraqlandırır. Qarabağı azad edək, sonra hər şeyi xalqın ixtiyarına verək. Xalqın kimə dəstək verəcəyi görünəcək. Yoxsa, Arifi çox sevirlər, yaxud başqasını, bu məsələlər zorakılıqla olmur. Xalqın gözü tərəzidir” , — deyə R. Qəmbər bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024