Siyasət (5-11-2014, 10:07)
Sərdar Cəlaloğludan Əli Nağıyevin fikirlərinə etiraz
"Müxalifət də müxalifət xətrinə müxalifət olmamalıdır"
Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev Modern.az saytına müsahibəsində müxalifətlə bağlı fikirlərini də bölüşüb.
Onun fikrincə, müxalifətsiz demokratiya olmaz: “Müxalifət də müxalifət xətrinə müxalifət olmamalıdır. Biz də müxalifət idik. İkinci tərəfdən müxalifət işləməyi bacarmalıdır. Müxalifətdə çox şey çatışmır. Həm yaxşı işləyəni, həm də liderləri çatışmır. Ən əsası odur ki, xətləri, mövqeləri aydın deyil. Bugünkü müxalifətin belə olmasının səbəbi bu problemlərdir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Modern.az-a Əli Nağıyevin fikirləri ilə razılaşmadığını bildirib:
“Tamamilə yanlış fikirdir. Çünki onlar “lider kimdir” sualına cavab verə bilməzlər”.
Onun sözlərinə görə, Azərbaycanda istedadlı, bacarıqlı liderlər var, lakin onların təşkilatlanması məsələsi problemdir:
“Azərbaycanda liderlərin rəhbərlik edəcəyi elektorat yoxdur. Bu gün Azərbaycanda yalnız müxalifət yox, həmçinin iqtidar partiyalarında da liderlərin təşkilatlanması problemi var. Onların təşkilatlanma gücü yoxdur. Lakin bu o demək deyil ki, lider yoxdur. Bunu deyən insanlar Azərbaycanın çox çətin vaxtlarında suverenliyimiz, müstəqilliyimiz uğrunda xalqı mümkün qədər az itkidən çıxarıblar”. ADP sədrinin fikrincə, təşkilatlar güclü olsa, onun bir üzvü mütləq liderə çevrilə bilər: “Azərbaycanın indiki şəraitində müəyyən təşkilatları saxlaya bilib, siyasi prosesləri davam etirirlərsə, deməli, həmin insanlar demokratik ölkələrdəki liderlərdən daha güclüdürlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024