Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-11-2014, 17:46)
“Müsavatda baş verən biabırçılığın iqtidarla mübarizəyə aidiyyəti yoxdur”

Mediatv.AZ xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov İsa Qəmbərin “Kənardan necə görünməsindən asılı olmayaraq əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir” fikirlərinə münasibət bildirərkən deyib

 

S.Novruzov Müsavatda baş verənlərin başlıca səbəbkarının İsa Qəmbər olduğunu bildirir:
 “Müsavat Partiyasında keçirilən saxta, biabırçı qurultayın günahkarı, partiyanın indiki vəziyyətə düşməsinin baş səbəbkarı elə İsa Qəmbərin özüdür. Partiyada vaxtlı-vaxtında islahatlar aparılmayıb. İsa Qəmbər seçkilərdə uduzduqdan sonra müxtəlif bəhanələrlə seçkinin antidemokratik keçirilməsi ilə bağlı fikirlər səsləndirərək öz yerini qoruyub saxlamağa çalışıb. O, başqanlıqda qalmaq üçün min oyundan çıxır. Dünya təcrübəsində də belədir ki, əgər partiyanın bir namizədi seçkidə uduzursa, növbəti seçkidə onun əvəzinə başqa şəxs çıxış etməlidir. Amma İsa Qəmbər “yıxılan güləşçi güləşə doymaz” prinsipinə uyğun olaraq əl çəkmir. Uduzduqca namizədliyini bir daha verir”.
YAP-çı deputatın fikrincə, Müsavatda fikir plüralizminin olmaması, demokratiyanın boğulması, partiyanın gəlir mənbəyinə çevrilməsi onun dağılmasına gətirib çıxarır: “Partiyanın üzvlük haqqından əldə etdiyi gəlirlər bir qrup insan arasında bölünür. Bu haqda keçmiş başqanlığa namizəd Səxavət Əlisoy da danışıb. Mən bu fikirləri müsavatçılara istinadən deyirəm”.
Siyavuş Novruzov İsa Qəmbərin fikirlərinin sadəcə diqqət yayındırmaq üçün səsləndirdiyini, Müsavatdakı indiki vəziyyətin iqtidarla mübarizəyə heç bir aidiyyətinin olmadığını söyləyib: “Partiya daxilində olan vəziyyəti, öz yanlışlarını ört-basdır etmək üçün etiraz edənləri hakimiyyətə işləməkdə suçlayırlar. Lakin etiraz edən həmin şəxslər sadəcə olaraq seçkilərin şəffaf keçirilmədiyini, istiqaməti dəyişərək mübarizənin iqtidarla olduğunu deyirlər. Sən öz daxilində düz ol, pak ol, sonra başqasından nəsə tələb et. Bütün insanlar görür ki, Müsavata rəhbərlik edən şəxslər çirkabın içindədir. Cəmiyyət bunları görür. Partiyanın qurucusu olan onlarla müsavatçı bunlara etiraz edərək oradan uzaqlaşdı. Müsavatdakı partiyadaxili çəkişmələrin iqtidara nə dəxli var?”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024