Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Dünən, 22:01)
Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? - DİN-dən açıqlama

tovuzda-11-yasli-qiza-zorakiliq-edilib

Bu barədə “Qafqazinfo” nun sorğusuna cavabda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, iddialar üzrə prosessual araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub, bütün hallar araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, jurnalist Arifə Əliyeva öz sosial şəbəkə hesabında bir neçə gün öncə Tovuz rayonunda 11 yaşlı qız uşağına qarşı 25 yaşlı həmkəndlisi tərəfindən  mütəmadi olaraq seksual hərəkətlər olunduğu barədə paylaşım edib. 

O, bildirib ki, sonuncu dəfə 30 iyulda uşaq evə gələrək qarın nayihəsində ağrılarının olduğunu bildirib. Bununla da onunn cinsi zorakılığa məruz qaldığı üzə çıxıb. 

“Uşaq anadan olandan anası tərəfindən imtina olunub, atası ilə yaşayıb, ata da başqa xanımla ailə qurub. İş hal-hazırda Tovuz Rayon Polis İdarəsindədir. Uşağın yaxınları şəxsən mənə şikayət edib bildirirlər ki, 11 yaşlı qız tibbi ekspertizadan keçirilsə də, rəyi heç kimə vermirlər. Uşağın yaxınları adiyyatı qurumlardan Daxili İşlər Nazirliyindən, Baş Prokurorluqdan kömək istəyirlər”.

Jurnalistin sözlərinə görə, 11 yaşlı qız uşağının yaxınları iddia edir ki, uşağa qarşı cinsi seksual hərəkətlər edən 25 yaşlı qonşu oğlanın ailəsi maddi cəhətdən təminatlıdır. Elə bu səbəbdən də polis tərəfindən şikayət əsasında saxlanılan bu oğlanın ailə üzvləri onun tezliklə evə buraxılacağından narahatdırlar. 

11 yaşlı zərərçəkən üçün heç bir psixoloq dəvət olunmayıb. 25 yaşlı oğlanın etdiyi pisliklərin qarşısında yalnız üzr istənilməsi ilə kifayət edilib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025