Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-02-2014, 16:33)
Kəmaləddin Heydərovdan jurnalistlərə qadağa

 

Fevralın 28-də Quba mədəniyyət evində fövqəladə hallar naziri Kəmaləddin Heydərov vətəndaşları qəbul edərkən jurnalistlər tədbirə buraxılmayıblar. 

 
Şimal bölgəsində yaşayan vətəndaşların problemlərinin çözülməsini hədəfləyən qəbulda tədbir təşkilatçıları teleçəkiliş qruplarından kameraların söndürülməsini tələb ediblər. AzadlıqRadiosunun bölgə müxbiri Cəmil Məmmədli jurnalistlərin qəbul otağına buraxılmadığını xəbər verir: “Bizi başqa bir otağa salıb qapıını arxadan bağladılar. Etirazımızı bildirsək də, iki saata yaxın həmin otaqda qaldıq. Deyirdilər ki, sizi nazir getməmiş buraxmayacağıq. Səs-küy salandan sonra qapını açdılar. Bir neçə dəfə kameranı yandırıb olub-bitəni çəkmək istədim, amma hər dəfə tədbirin təşkilatçıları kameranı əlimdən aldılar. Bizi binadan uzaqlaşdırdılar və bildirdilər ki, nazirin istəyi ilə tədbiri yalnız İctimai TV çəkir”.
Tədbiri işıqlandırmaq üçün Qubaya getmiş "Doğru TV"nin əməkdaşı Dəyanət Azərsoy da AzadlıqRadiosunun tədbir təşkilatçıları tərəfindən təzyiqlərə məruz qaldığını, iki saata yaxın bağlı qapı arxasında saxlanıldığını bildirib. 
Hazırda Quba mədəniyyət evində Kəmaləddin Heydərovun qəbulu davam edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024