Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-11-2021, 13:02)
Türkiyə XİN-dən Zəfər Günü bəyanatı

Türkiyə XİN-dən Zəfər Günü bəyanatı

“Azərbaycanın 44 günlük Vətən Müharibəsində ötən il noyabrın 8-də mədəniyyət paytaxtı qədim Şuşanı azad edərək taclandırdığı zəfəri qeyd edirik”.

Mediatv.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Zəfər Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub. 

Bəyanatda deyilir ki, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün qanuni müdafiə hüququndan istifadə edən Azərbaycan noyabrın 9-u imzalanan üçtərəfli bəyanatla meydandakı zəfərini siyasi masada da rəsmiləşdirib, BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən qətnamələrini öz iradəsi ilə həyata keçirib. 


“Azərbaycanın qələbəsi sayəsində yaşadığı yerlərdən zorla didərgin salınmış 1 milyon azərbaycanlı qardaşımız üçün də öz torpaqlarına geri dönüş yolunun açılmasından məmnuniyyət duyuruq. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqları azad etməmiş, həmçinin bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığın da yolunu açıb. Sürətlə abadlaşan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər Yolu kimi bölgənin çöhrəsini dəyişdirən layihələr Azərbaycanın konstruktiv gücünün göstəricisidir. “İki dövlət, bir millət” inancıyla, Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyəsinə çatdırdığımız Azərbaycanın sevinc və qürurunu paylaşırıq. Azərbaycan ilə həmrəyliyimiz davam edəcək”, - deyə bəyanatda qeyd olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025