Siyasət (5-11-2021, 14:41)
“Hələ də dünyada “vaksin millətçiliyi” davam edir” - Teymur Musayev

"Mediatv.az" xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev VIII Qlobal Bakı Forumunun "İctimai səhiyyə və insanların vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib.
T.Musayev bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və beynəlxalq münasibətlər nəticəsində Azərbaycan lazımi miqdarda vaksin alıb. Milli Vaksinasiyası Strategiyası hazırlanıb və ölkədə yanvarın 18-dən peyvəndləmə prosesi başlayıb. Əhalinin hədəf qruplarının 60 faizi peyvəndlənib.Vaksinlərin ədalətsiz paylanması çox ciddi qərarlar qəbul edilməsini şərtləndirir. Azərbaycan ilk gündən “vaksin millətçiliyinə” qarşı mübarizə aparır. Təəssüf ki, hələ də dünyada “vaksin millətçiliyi” davam edir. Ümid edirəm ki, dünya ölkələri peyvəndlərin ədalətli paylanmasına töhfə verəcəklər.
T.Musayev Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində ölkədə COVID-lə bağlı vəziyyətin nəzarət altında olduğunu da diqqətə çatdırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025