Siyasət (28-08-2021, 13:21)
“Kim zəmanət verə bilər ki, həmin hərbçi təxribatçı deyil?!” – Politoloqdan SENSASİON AÇIQLAMA

"Kim zəmanət verə bilər ki, həmin hərbçi təxribatçı deyil?! Bu, yalnız istintaq nəticəsində, müəyyən edilə bilər. Ona görə də Müdafiə Nazirliyi kifayət qədər doğru mövqe sərgiləyib. Rusiya sülhməramlıları da son dövrlər özlərini həddən artıq təxribatçı statusda aparırlar".
Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, azərbaycanlı hərbçinin Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə keçməsi təxribatdır: "Bu barədə sosial şəbəkələrdə hər kəs müxtəlif, dəqiqləşdirilməmiş fikirlər bildirir. Müdafiə Nazirliyinin bildiyi nəsə var ki, həmin hərbçiyə cinayət işinin açılması barədə məlumat yayıb. Bugünə qədər heç bir Azərbaycan əsgəri hansı halda olursa-olsun erməni tərəfə keçməyib. Müharibənin ağır günlərində də belə şey baş verməyib. Ola bilər ki, bu, ermənilərin törətdiyi provokasiyadır. Kim zəmanət verə bilər ki, həmin hərbçi hansısa xarici kəşfiyyata işləmir? Onun Gəncədən onlarla kilometr yol keçib Ağdərə istiqamətinə keçməsi görünür ki, yaxşı qurulmuş təxribatdır. Müdafiə Nazirliyi düzgün mövqe sərgiləyərək cinayət işi qaldırıb. Bütün hallarda, bu, lazım idi. Axı bu, MAXE-dir. 18 yaşlı təzə əsgər olsaydı, ehtimal etmək olardı ki, bilməyib. Amma müddət artıq hərbi xidmət keçənlərə təlimlər keçirilir, dövlət onlara xərc qoyur. Biz Vətən müharibəsindən sonra "Dağlıq Qarabağ" adlı bir şey tanımamışıq. Ermənilər bu hərbçinin qolunu burub aparması, "Artsax təhlükəsizliyi" şüarları... Hər biri təxribatdır. Bu adamı həbs edən kimi Beynəlxalq Qızıl Xaç Komitəsi gəlib. Bəs bizim əsgərlərimiz itkin düşəndə harada idi Beynəlxalq Qızıl Xaç Komitəsi?! Əgər Azərbaycan əsgəri idisə, elə o, postu keçən kimi onu vurmalı idilər. Bu, açıq-aydın təxribatdır. Başqa cür mümkün deyil. Sadəcə, sosial şəbəkələrdə vətəndaşlar məsələnin mahiyyətinə varmadan fikir bildirilər".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025