Siyasət (20-08-2021, 19:02)
İqtisadi asılılıq: Gürcüstandan Azərbaycana idxal artıb

Bu ilin ilk yeddi ayında Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli məhsulların dəyəri 56,1 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabata əsasən, bu, illik müqayisədə 41,5 % çoxdur.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,4 % payla qonşu ölkədən ən çox yerli mal alan ölkələrin ilk onluğunda yeddinci yerdə qərarlaşıb. Yanvar-iyulda Gürcüstandan xaricə ixrac olunan yerli məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % artaraq 2,28 milyard ABŞ dolları təşkil edib.
Qonşu ölkədən ixrac olunan əsas yerli məhsulların sırasına mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, spirtli içkilər, trikotaj köynəklər, qızıl, fındıq və tərkibində şəkər olan sular, mineral və qazlı sular daxil olub.
Bundan başqa bu ilin I yarısında Azərbaycan Gürcüstandan ümumi dəyəri 113,5 milyon ABŞ dolları olan 16 906 ədəd minik avtomobili idxal edib. Məlumata əsasən, illik müqayisədə avtomobillərin sayı 6 649 ədəd və yaxud 64,8% artıb.
Qeyd edək ki, idxal olunan məhsulların bir qismi ölkəmizdə də istehsal olunur. Belə olan təqdirdə niyə həmin məhsulların idxal üçün milyon dollar vəsait sərf olunur?
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda bir neçə avtomobil istehsal olunur:
“Bu gün Gürcüstandan Azərbaycana idxal olunan avtomobillər ölkədə idxal olunan modellərə aiddir. İkincisi, Azərbaycanda istehsal olunan avtomobillərin hissələri ölkəyə gətirilir. Burada istehsal əmsalına gəldikdə isə idxal amilindən kifayət qədər asılıdır.
Bundan başqa Gürcüstan öz ərazisində, yerli istehsalı olmamasına baxmayaraq, statistik məlumata görə, biz oradan avtomobil idxal edirik və bununla bağlı kifayət qədər kapital axını baş verir. Bu ona görə baş verir ki, Gürcüstan öz ərazisində məhz bu sektorun inkişafı, ikinci əl satışı üçün cazibədarlıq, şərait yaradıb.
Hər hansı gömrük rüsumu ilə bazarda qiymətləri süni qaldırmır. O ona görə də Azərbaycan vətəndaşına Gürcüstandan ikinci əl avtomobili alıb gətirmək sərf edir, nəinki Amerikadan alıb gətirmək. Qiyməti o qədər ucuz edirlər ki, kifayət qədər gömrük rəsmiləşmələri və digər tariflərin olmaması məhz Gürcüstan ərazisində bu avtomobilləri gətirib yenidən satmağa sərf edir. Burada yalnız Azərbaycan deyil, Orta Asiya ölkələrindən, Cənubi Rusiya vilayətlərindən də daşınmasına şərait yaranır. Bu hamısı ondan irəli gəlir ki, Gürcüstan öz ərazisində həmin biznes mühitini yarada bilib. Hazırda Azərbaycan vətəndaşı üçün oradan onu gətirmək əlverişlidir. Halbuki biz bunu öz ərazimizdə bunu yarada bilərik”.
İqtisadçı deyir ki, digər məhsullarla bağlı son zamanlar bazarda 10-12 Gürcüstan mineral su çeşidlərinin artımının şahidi olmuşuq:
“Bu o deməkdir ki, Gürcüstan öz yerli məhsullarının ixracına kifayət qədər əlverişli şərait yaradır və ixrac potensialını artırmağa malikdir. Bu gün Azərbaycanın istehlak bazarı Gürcüstan sularını almaqda maraqlıdır. Halbuki bizim özümüzün ixrac edə biləcəyimiz kifayət qədər mineral sularımız var.
Görünür bu sahədə biznesin təşkilində hansısa yubanmalar, bazarda rəqabət qabiliyyətindən kənarlaşmalar var. Bu göstəricilər bu gün Gürcüstandan idxal olunan statistik məlumatların əsasını təşkil edir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025