Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-08-2021, 13:20)
"Azərbaycanın güclü ordusu var və bizim də yanımızda Türkiyə və Pakistan var"

"Azərbaycanın güclü ordusu var və bizim də yanımızda Türkiyə və Pakistan var"
“Ermənilər nə edəcəksə, biz də cavablarını verəcəyik. Dəliyə yel, əlinə bel verənlər var. Mən sizinlə əvvəl danışanda da demişəm ki, rus sülhməramlıları orda yengəlik edir”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Aqil Abbas son zamanlar fəallaşan erməninin bu dəfə daha ağır cavab alacağını bildirib:

“Mənə deyirlər ki, sülhməramlılar Qarabağa daşınan silahlara göz yumur. Amma mən deyirəm ki, heç göz filan yummurlar, elə özləri silahı daşıyır, onların işi budur. Bundan isə qorxuya düşməyə ehtiyac yoxdur, cavablarını vermişik və bu dəfə də verəcəyik, Ermənistanın vəziyyəti daha da ağır olacaq. Təbii ki, Ermənistanın arxasında Avropa, Rusiya, xoxan və kərtənkələ var, amma bunların dəxli yoxdur. Azərbaycanın güclü ordusu var və bizim də yanımızda Türkiyə və Pakistan var. Ali Baş Komandanımız dəfələrlə deyib ki, nəyi, nə vaxt, necə edəcəyimi yaxşı bilirəm. İlham Əliyev kimi sərkərdəmiz və millətin birliyi var. 44 gündə necə bir idiksə, yenə həmin birlik olacaq. Narahatçılıqdır, amma qorxmağa dəyməz. Güclü bilək yox, ürək lazımdır. Rusiya Çeçenistanda on il fırlana bilmədi, çeçenlər onu məhv etdi. Yəni çeçenlərin bir milyon əhalisi var, amma ürəkləri var idi. Bizim də türk, qurd ürəyimiz var və düşmən də cavablarını alacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024