Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-06-2021, 17:00)
Tehran Mənsimovun xidmət yeri dəyişdirildi


Tehran Mənsimovun xidmət yeri dəyişdirildi


Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidmət yeri dəyişdirilib.

“Mediatv.az” Modern.az-a istinadən xəbər verir ki, bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Qeyd edək ki, polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.


T.  Mənsimov 2005-ci ildə “İgidliyə görə”, 2017-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni verilib. Eyni zamanda o, “Şuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.

Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə Tehran Mənsimova “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları verilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025