Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-06-2021, 14:30)
Bayramov Lavrovla telefonla danışdı


Bayramov Lavrovla telefonla danışdı


İyunun 23-də Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Mediatv.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlər ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmləri müzakirə ediblər.


İki ölkənin XİN rəhbərləri koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin uğurla inkişaf etdiyini və ticari-iqtisadi qarşılıqlı əlaqənin artdığını qeyd ediblər. Buna Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının qərarlarının, habelə Azərbaycan Baş naziri Əli Əsədovun Rusiyaya son rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların tətbiqi böyük dərəcədə kömək edib.

Bununla yanaşı, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, xüsusən də Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunulub. Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.

Eyni zamanda XİN xətti vasitəsilə gələcək əlaqələr barədə razılığa gəlinib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
27 08 2025
27 08 2025
27 08 2025